“Qərbin Türkiyəyə və Ərdoğana hücumları təsadüfi deyil” – “Xilafət bərpa olunmalıdır…”

0
1467
“Azərbaycan daxilində nə qədər problemlərimiz olsa da, eyni zamanda dünyada da çox ciddi proseslər gedir. Bu proseslərin bizi maraqlandıran hissəsi Yaxın Şərq məsələsi, o cümlədən də sərhədlərimizdən uzaqda olan müsəlman ölkələrindəki vəziyyətdir. Açıq şəkildə göstərilir ki, son 50 ildə dünyada yalnız müsəlmanların tərəf olduğu münaqişələr mövcuddur”.
Bunu ADP sədri Sərdar Cəlaloğlu bildirib.
Onun sözlərinə görə, son günlər Myanmada baş verən hadisələr, Arakan müsəlmanlarının kütləvi şəkildə qətlə yetirilməsi məhz dini faktorla bağlıdır: “Bosniyada 200 min müsəlman ölüb,  Arakanda 100 minlərlə müsəlman həlak olub. Kəşmirdə, Qəzzada, Yaxın Şərqdə – İraq, Suriya, Liviya, Misir və s. ölkələrdə müsəlmanlar qırılır. İndi istəyirlər ki, Qətəri, İranı da qoşsunlar. Və bu gün açıq şəkildə görünür ki, müsəlman ölkələrinin hamısı hədəfdədir, İndoneziyadan tutumuş, Türkiyəyə qədər”.
Bəs, ADP sədri yaranmış vəziyyətdən çıxış yolunu necə görür?
S.Cəlaloğlu sualımızı belə cavablandırdı:
“Mən tam məsuliyyətlə deyirəm ki, artıq vaxt gəlib, modern xilafət bərpa olunmalıdır. Əslində Avropa Birliyi də xilafətdir. Avropa dövlətlərinin xilafətidir. Ona görə deyirlər ki, Türkiyənin burda nə işi var, bu xristian klubudur. Biz müsəlman klubunu yaratmayılıq. Təbii ki, bu xilafət əvvəlki illərdə başa düşülən xilafət olmamalıdır. Xilafətin funksiyaları modern bir birlik şəklində həyata keçirilməlidir. Ona görə, mən hesab edirəm ki, əgər biz dünyada yeni nizamın yaranmasını, əminamanlıq, tolerantlıq, demokratiya, münaqişələrin, hətta ekoloji fəlakətin qarşısını almaq istəyiriksə, müsəlman cəbhəsinin formalaşması vacibdir. Mən bunun da yeganə yolunu xilafət şəklində müsəlman ölkələrinin birləşməsində görürəm. Bu, həm də müsəlman ölkələrinin öz aralarında olan problemlərinin həllinə, müsəlmanların demokratikləşməsinə və islam dininin müsəlmanlar arasında bərqərar olmasına gətirib çıxaracaq. Ona görə də, mən bu gün modern xilafətin yaranmasını müsəlman dövlətlərinin başlıca vəzifəsi hesab edirəm”.
S.Cəlaloğlunun fikrincə, o dövlətlər və xalqlar ki, xilafətin yaranmasının əleyhinə çıxacaqlar, onlar həm müsəlman xalqları, həm insanlıq, ən vacibi isə Allah qarşısında cavab verməli olacaqlar:
“Çünki xilafət yenidən bərpa olunmayana qədər yeni dünya nizamı olmayacaq”.
 ADP sədri deyir ki, son vaxtlar Qərbin Türkiyəyə və prezident Ərdoğana hücumları da təsadüfi deyil: “Türkiyə və Ərdoğanın da xarici siyasəti bununla bağlıdır. Məsələn, belə götürsək, Arakan 150 milyonluq bir müsəlman ölkəsi olan Banqladeşin yanındadır, İndoneziya da 200 milyonluq, dünyanın inkişaf etmiş 20 dövlətindən biridir, Türkiyə gedib Arakan müsəlmanlarına dəstək verir, orada düşərgə yaradır, on minlərlələ dollarlıq yardım aparır, banqladeşlilərin, indoneziyalıların vecinə deyil. Niyə? Çünki xilafət şüuru yoxdur. Bilirsiniz ki, islam xilafəti iki mərhələyə bölünüb: ərəb xilafəti, türk xilafəti. Ərəb xilafətindən sonra 400 il türklər xilafəti idarə ediblər. Və bu gün də əslində türklər, xilafətin varisi kimi Türkiyə Cümhuriyyəti xilafətin sərhədləri daxilində olan bütün müsəlman ölkələrini müdafiə edir və onlara dəstək verir. Sadəcə, bunu rəsmiləşdirmək laızmdır. İndi ola bilsin ki, bəzi qüvvələr təriqətləri bəhanə edib mane olmaq istəsinlər. Amma dediyim kimi, onlar müsəlman dünyasının bu günkü vəziyyətinə görə məsuliyyət daşıyacaqlar. Əksinə xilafət bərpa olunarsa, terror və digər problemlər avtomatik olaraq aradan qalxacaq. Amma modern xilafət. Orta əsrlərdəki xilafət kimi yox, peyğəmbərin vaxtındakı… Yəni mənəvi idarəçilik həyata keçirilir. İslam dövlətlərinin hamısı qalır, xalqlar öz kimliklərini saxlayırlar, amma İslam Konfransını buraxıb, yerində İslam Xilafəti yaradırlar. Bu da Avropa Birliyi kimi model və islam dünyasının vahid idarəetmə mərkəzi olur, islam dünyasının problemləri, islam xalqlarının inkişafı, islam dövlətlərinin müdafiəsi ilə və s. məşğul olur. Məhəmməd Peyğəmbərin bizə qoyduğu irslərdən biri də xilafət olub. Bilirsiniz ki, Məhəmməd Peyğəmbər bir islam cameəsi yaratdı, islam dinini elan etdi və dünyada islam dini çox nəhəng bir dinə çevrildir. Bir də xilafət, dövlət idarəçiliyi qoydu. Hələ Avropada 20-ci illərdə sosial dövlətin nə olduğunu düşünüb yaratdıqlarına baxmayaraq, Məhəmməd Peyğəmbər 6-cı əsrdə sosial dövlət yaratmışdı. Xilafət elə sosial dövlət deməkdir. Sosial dövlət ideyasının əsasını həyata keçirən Məhəmməd Peyğəmbər və müsəlman xilafəti olub. Sadəcə olaraq bur müddətdən sonra xilafət dönüb dövlət oldu. Əksinə, biz xilafət ideyasını təhlil etsək, görərik ki, bu dövlətə bərabər bir şey deyil. Dediyim kimi, Avropa Birliyi kimi bir birlikdir ki, bütün dünyada yaşayan müsəlmanların sosial haqlarını və hüquqlarını qorusun. Bizə bu gün belə bir xilafət lazımdır ki, müsəlman xalqlarının hüquqlarını qorumağa, təhlükəsizliyini təmin etməyə kömək etsin. Bu zaman da təbii ki, mədəniyyətlər toqquşmasında iki cəbhə olacaq – müsəlman cəbhəsi, başında durur xilafət, xristian cəbhəsi, başında durur Avopa Birliyi, yaxuda Amerika. Bu halda da tərəflər bir-biri ilə yola gedəcəklər. Yeni dünya nizamı da yalnız bu iki faktoru nəzərə almaqla yaradıla bilər. Yoxsa, nə qədər ki, xilafət yaranmayıb, islam dünyası parçalanmış bir şəkildə olacaq, islam dünyasını zəiflətmək istiqamətində cəhdlər davam edəcək. Buna cavab olaraq da Avropada terrorizm inkişaf edəcək”. (Hurriyyet.org)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin