QƏRBDƏN TÜRKİYƏYƏ “AVİAZƏRBƏ” CƏHDİ… – Hədəf 3-cü hava limanıdır

0
764

Elektron cihazlara qoyulan qadağada başlıca məqsəd İstanbul 3-cü hava limanının effektivliyini azaltmaq və bu layihəni təhlükə altına almaqdır

erdogan_8079

Son günlər Türkiyədə iqtisadçı ekspertlər, əksər media qurumları və həmçinin hökuməti təmsil edən şəxslər ABŞ və Böyük Britaniyanın təyyarələrdə elektron cihazların daşınmasını qadağan edən qərarlarına ciddi təpki göstərməkdədirlər. Məlum olduğu kimi, ABŞ hökuməti bir neçə gün öncə, on ölkənin sərnişinlərinə Birləşmiş Ştatlara gələn təyyarələrdə elektron cihazların daşınmasını qadağan etmək niyyətini açıqlayıb və sonradan bu prosesə Böyük Britaniya da qoşulub. Həmçinin, Kanada da bu qadağanı tətbiq etməyə hazırlaşır. Sözügüdən ölkələr tərəfindən həmin qadağa terror təhlükəsi ilə əlaqələndirilir.

 

12513

Artıq ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Departamenti (TSA) gizli şəkildə 10 ölkənin aviareyslərindən sərnişinlərə salonda mobil telefondan böyük elektron cihaz aparmağa qadağa qoymağı tələb edib. Noutbuk, planşet, “Kindle” elektron kitabları və hətta kameralar qadağa altına düşəcək. Qadağa tətbiq olunan ölkələr arasında Türkiyə də var. Lakin Türkiyədə bu qadağanın məhz terror təhlükəsilə bağlı olduğuna inanmırlar və əslində, məqsədin sırf iqtisadi xarakter daşıdığı bildirilir. Təhlilçilər iddia edirlər ki, bu qərar Türkiyə vasitəsilə Qərbi Avropa ölkələri və ABŞ-a uçan aviaşirkətlərin başqa ölkələrin hava limanlarına üz tutması üçün qəbul edilib. Artıq Afrika, Asiya və hətta uzaq şərq ölkələrindən Avropaya və Amerikaya səfər edən sərnişinlər Türkiyədən yan keçən marşrutlara üstünlük verəcəklər. Belə ki, əksər hallarda uzun marşrutlar üzrə hərəkət edən turistlər və iş adamları İstanbulun hava limanlarında eniş edir. Türkiyədə bir neçə saat, bəzən də bir neçə gün qaldıqdan sonra səyahətlərini davam etdirirlər. Bu isə həm təyyarələrin hava limanından tranzit olaraq istifadəsi, həm də turizm baxımından böyük gəlirlər deməkdir.

185763_res_01

Mütəxəssislər bildirir ki, uzun yolçuluğa çıxanlar və ekonom paketdən istifadə edənlər vaxtlarını keçirmək üçün təyyarənin salonuna mütləq özlərilə iri həcmli smartfonlar, noutbuklar və digər elektron cihazlar götürürlər. Sözügedən qadağa isə buna imkan verməyəcək və belə səfərləri darıxdırıcı edəcək. Hətta ilk baxışdan o qədər də əhəmiyyətli görünməyən bu qadağanın Türkiyə iqtisadiyyatına milyardlarla dollar ziyan vuracağı iddia edilir. Məsələ ondadır ki, hal-hazırda İstanbuldakı 2 hava limanı tələb olunan qədər təyyarəni qəbul edərək yola salmaqda çətinlik çəkir və dünyanın ən intensiv hərəkətə malik hava limanları sayılır.

Təsəvvür edin ki, İstanbulun 2 hava limanının 2010-cu ildə gündəlik sərnişin ötürücülüyü 34 mindən 2016-cı ildə165 min nəfərə çatmışdır. Terror aktları və regiondakı gərginliyə rəğmən bu rəqəm getdikcə artır. Tələbatı tam ödəmək üçün 2013-cü ildən etibarən 3-cü hava limanının tikintisi layihəsi həyata keçirilməyə başlayıb. 22 milyard avro dəyəri olan layihənin bu ilin sonu, gələn ilin əvvəllərinə yekunlaşması gözlənilir. Dünyada ən böyük hava limanı olacaq bu aeroportun illik sərnişin ötürücülüyü 200 milyon(!) nəfər olacaq. Müqayisə üçün bildirək ki, hazırda bu göstərici üzrə liderlik edən ABŞ-ın Atalanta hava limanında illik ötürücülük 105 milyon nəfərdir.

 

1433394663847

Türkiyəli mütəxəssislər və təhlilçilər hesab edir ki, sözügedən qadağanın əsas hədəflərindən biri İstanbul 3-cü hava limanının effektivliyini azaltmaq və bu layihəni təhlükə altına almaqdır. Doğrudan da illik 200 milyon sərnişinin İstanbul üçün nə qədər böyük turistik potensial olduğunu təsəvvür etmək çətin deyil. Bunun üzərinə aviaşirkətlərin tranzit, icarə haqları və digər böyük gəlirləri də gəlsək, söhbətin milyardlarla dollardan getdiyini görmüş olarıq. Bu, həmçinin Türk Hava Yolları, Emirates və Qatar Airways kimi aviaşirkətlərin ABŞ və Avropa məkanından sıxışdırılmasına yönələn addım hesab edilir. Hətta Hollandiyalı nazir  açıq şəkildə bu hava limanın reallaşmasını istəmədiklərini bəyan etmişdi. Bildirmişdi ki,  Türkiyənin 3-cü hava limanını reallaşdırması onların hava limanlarının boş qalmasına səbəb olacaq.

1530575

Və artıq qərbin bir çox müstəqil media qurumları da bu qadağaların əslində iqtisadi və siyasi məqsədlər güddüyünə dair məqalələr yayımlamağa başlayıb. Görünən də odur ki, Qərbin bəzi dairələri Türkiyə iqtisadiyyatının güclənməsinə təsir göstərəcək layihələrin reallaşmasının qarşısını almağa cəhd edirlər. Bunun üçün müxtəlif məkrli planlar qurmaqla yanaşı, açıq şəkildə  bu istəklərini nümayiş etdirən addımlar atmaqdan da çəkinmirlər. Elə  təyyarələrdə elektron cihazların daşınmasını qadağan edən qərar da bunlardan biridir.

CƏLAL
Azpolitika.info

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin