“Qərb ermənilərdən Türkiyəyə qarşı qəzəb yaratmaq üçün istifadə edir” – Ekspert

0
560

1915-ci il hadisələrindən erməni diasporu və bəzi Qərb siyasətçiləri Türkiyəyə qarşı qəzəb yaratmaq üçün istifadə edir.

Axar.az xəbər verir ki, bunu Almaniyada Cənub-Şərqi Avropa və Qafqaz Tədqiqat Mərkəzinin direktoru Kristian Yohannes Henrik deyib.

O bildirib ki, Qərb ölkələrində müxtəlif insanlar tərəfindən tərbiyə edilən anti-islam irqçiliyi mövcuddur:

“1915-1923-cü illərdə erməni dəstələrinin türklərə və müsəlmanlara qarşı törətdikləri qırğınlarla bağlı ciddi sübutlar var. Lakin xristian dünyası buna səssiz qalır. O dövrün Ermənistan Baş naziri Ovanes Kaçaznuni Şərqi Anadoludakı türklərə, kürdlərə və ərəblərə qarşı törədilən hücumları təsdiqləyib”.

Almaniya Federal Məclisinin 2016-cı ildə qondarma erməni soyqırımını qəbul etmək üçün hərəkətə keçməsi ilə bağlı danışan siyasi ekspert bunun səhv addım olduğunu düşünür:

“Siyasətçilər alim deyil. Onlar həqiqəti tapmağa deyil, iqtidarın gücə əsaslanan siyasətini davam etdirməyə çalışırlar”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin