Putin və Merkel Moskvada bəzi məsələləri müzakirə edəcəklər

0
89

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel cümə günü Moskvada danışıqlar aparacaqlar.

Bu barədə “Report” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, bu, liderlərin koronavirus pandemiyasının başlanğıcından birinci əyani görüşü olacaq.

“Müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyətini və inkişaf perspektivlərinin müzakirəsi, həmçinin bir sıra aktual beynəlxalq və regional problemləri nəzərdən keçirmək planlaşdırılır”, – Kremlin mətbuat xidmətindən bildirilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin