Putin Rusiya üçün əsas təhlükəni elan etdi

0
635

“Terror Rusiya və bütün dünya üçün əsas təhlükə olaraq qalır”.

Bu sözləri Rusiya prezidenti Vladimir Putin yüksək hərbi rütbə almış hərbiçilərlə bağlı mərasimdə çıxışı zamanı deyib.

Putin qeyd edib ki, bu il ərzində Federal Təhlükəsizlik Xidməti 43 terror cəhdinin qarşısını alıb: “Onlarla terrorçu öldürülüb, silahlı dəstələrin 800 üzvü saxlanılıb. 66 terror və ekstemist yuvası məhv edilib”.

Putin həmçinin əks-kəşfiyyat sahəsində əldə edilmiş nəticələri də açıqlayıb. Onun sözlərinə görə, 2017-ci ilin birinci yarımili ərzində xarici kəşfiyyatın 30 əməkdaşının və əcnəbi xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 200 şəxsin fəaliyyətinin qarşısı alınıb.  Prezident qeyd edib ki, xarici kəşfiyyat xidmətinin xətti ilə aparılan Rusiyanın milli maraqlarının effektiv müdafiəsi sistemli, dərin iş tələb edir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin