Putin bizi səfehə çevirir: Qülləni mişarlayaq – Makareviç

0
757

Amerikalılar rusiyalılardan daha sakitdirlər. Ruslarda nəsə dəhşətli şeylər baş verir.

Kult.az xəbər verir ki, bu sözləri rusiyalı musiqiçi Andrey Makareviç deyib. ABŞ səfər edən “Zaman maşını” qrupunun lideri qeyd edib ki, bu ölkədə hardasa 3 ilə yaxındır olmur:

“İlk müşahidəm amerikanların necə sakit, şən və mülayim olmalarıdır. Onlar heç də daha yaxşı olmayıblar. Sadəcə, bizdə nəsə dəhşətli şey baş verir”.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti insanları qəddar səfehə çevirən “25-ci kadrı açıb”. Makareviç deyib ki, bunun qarşısını almaq üçün ilk növbədə Ostankino efir qülləsini mişarlamaq lazımdır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin