Putin Azərbaycan, Gürcüstan, Moldova və ya Ukrayna kimi ölkələrin artıq müstəqil dövlətlər olduğunu başa düşürmü: – Ekspert danışır

0
109
“Vladimir Putinin keçmiş Sovet İttifaqını bərpa etməyə çalışdığını düşünmürəm”. RealMedia.az xəbər verir ki, bu fikirləri Rusiyanın keçmiş Sovet İttifaqını yenidən bərpa etmək arzusunda olması ilə bağlı səsləndirilən iddialara münasibət bildirən ATƏT-in Minsk Qrupunun ABŞ-dən olan keçmiş nümayəndəsi və ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Yenicag.az-a açıqlamasında səsləndirib.

Metyu Brayza Rusiyanın əsas məqsədinin postsovet ölkələrinin NATO-ya qoşulmasının qarşısını almaq olduğunu vurğulayıb:

“Məncə, o bu döyüşdə məğlub olduğunu və Azərbaycan, Gürcüstan, Moldova və ya Ukrayna kimi ölkələrin artıq müstəqil dövlətlər olduğunu başa düşür. Ona görə də, məncə, onun bir nömrəli məqsədi bu ölkələrin hər hansı birinin, xüsusən də Ukrayna və Gürcüstanın NATO və ya Avropa Birliyinə qoşulmasının qarşısını almaqdır. İkincisi, məqsədinə çatmaq üçün bu ölkələrin sabitliyini pozmağa çalışır. Üçüncüsü isə odur ki, o, mümkün müharibə təhlükəsindən Avropa ölkələrini, xüsusən də NATO-nu qorxudaraq çəkindirmək üçün istifadə etmək istəyir ki, bununla Transatlantik ittifaq daxilində, hətta həmin ölkələrin daxilində qeyri-sabitlik yaransın. Çünki o hər dəfə qeyri-sabitlik yaratdıqda Rusiyaya hansısa qazanc, bir növ müsbət inkişaf üçün imkanlar yaradır”.

Qazaxıstan hadisələrinə də toxunan Brayza Putinin “Novaya Rossiya” yaratmaq istəyə biləcəyini bildirib:

“Əgər Putinin bir növ ərazi iddiası varsa, bu, Sovet İttifaqını yenidən qurmaq deyil. Çünki bu, real görünmür. Ancaq bəlkə də, on səkkizinci əsrin ortalarında Ukraynanın cənubunu və Şimali Qazaxıstanı əhatə edən Rusiya imperiyası – “Novaya Rossiya” yaratmaq istəyir. Amma hələlik onun Qazaxıstanı ilhaq etməkdə maraqlı olduğuna inanmıram. Düşünürəm ki, o, Tokayevin Rusiya üçün də nümunə yarada biləcək dinc inqilabla devrilməməsini təmin etməkdən daha çox məmnunluq duyur”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin