“Puldan ötrü kiminsə yatağına girmək iyrənclikdir” – Cəmilə

0
134

“İnsanların o qədər problemləri var ki, aqressivləşiblər. İnsanlar bütün sənət adamlarına qarşı əsəbidirlər. Nə etsən də, insanlar sənə qarşı aqressiv olacaq. 6 kasıba ev versən, 10 ailəni dolandırsan, yenə də insanlar narazı qalacaq. Deyəcəklər ki, pulu haradan alıb?”.

“RealMedia.az” xəbər verir ki, bunu Musavat.com-a müsahibəsində aktrisa Cəmilə Tağızadə deyib. O, bildirib ki, heç kim heç kimə borclu deyil: “Mənim əvvəl başım işə qarışırdı, sosial şəbəkələrə baxmırdım. İndi izləyib, fikir bildirirəm. Bəzən insanların aqressivliyini anlayıram. Məni də narahat edən məqamlar var”.

Meyxanaçı Aqşin Fatehin “imkanlı məşhur xanımlar pozğundur” fikrinə isə aktrisa belə cavab verib: “Bizim insanlar çox komplekslidir. Əsasən də xanımlar, özlərini çox əzdirir. Demirəm ki, efirdə çıxıb sevgililərindən, maşın və evlərindən danışsınlar. İstəməzdim, sənət adamlarının adları belə işlərdə hallansın. Sənətçi xanımlar cavab verməli idi. Çünki hər kəs sevgili, sponsor hesabına ev, maşın almayıb. Kiməsə ailəsindən, kiməsə qohumlarından qalıb. Kiminsə biznesi var. Hamısı əxlaqsızlıqla qazanmayıb.

Amma əxlaqsızlıq edənlər də çoxdur. Bizdə menecerlər, prodüserlər, şirkətlər yoxdur ki, müğənniyə, sənət adamına təmənnasız pul qoyub, onu tanıtsın və sonda hər iki tərəf qazansın. Bəlkə də, belə olsaydı, çox xanımımız istəmədiyi münasibəti yaşamazdı. Puldan ötrü kiminsə yatağına girmək iyrənclikdir. Düzdür, heç kimi kiminləsə intim münasibətə girməyə məcbur etmirlər. Bir evi 2 ilə deyil, 10 ilə tik, amma təmiz adın olsun. 10 ildir ki, sənətdəyəm, mənim niyə villam yoxdur? Çünki öz adımı, namusumu qorumuşam. İndi də Allaha şükür həyat yoldaşımın evi, avtomobili var”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin