“AFFA son illərdə beynəlxalq yarışları təşkil edib. 2012-ci ildə qadınlar arasında dünya çempionatı Bakıda baş tutdu. Bundan sonra aktiv idman tədbirlərinə keçdik. 2016-cı ildə 17 yaşlılar arasında Avropa çempionatı ölkəmizdə keçirildi. Məhz 2012-ci ildəki təcrübədən yararlandıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “İri miqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı tədbirdə deyib.
O əlavə edib ki, Azərbaycan futbolunda inkişaf olub:
Məmmədov Bakıda baş tutacaq AÇ-2020-nin oyunlarından danışıb: “12 ölkədə bir yarışı təşkil etmək UEFA üçün çətin işdir. Yerli təşkilat komitəsinə böyük iş düşəcək. Ümid edirəm ki, təcrübədən lazımi səviyyədə yararlanacağıq. Bu tədbir ölkəmiz üçün gəlirdir. 111 min bilet xaricilər tərəfindən alınıb. Hər kəsə tövsiyə edirəm ki, biletlər alsın”.
Elxan Məmmədov Bakı şəhərinin gələcəkdə Çempionlar Liqası finalını keçirmək üçün namizəd olacaq: “Biz gələcəkdə Çempionlar Liqası finalını keçirmək üçün namizəd ola bilərik. Bunun üçün infrastruktur var”.