Prokuror hökumət əleyhinə çağırışlar edən Elvin İsayevə cəza istədi

0
344

Azərbaycana ekstradisiya edikən Elvin İsayev növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, dövləti əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən İsayevin məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror E.İsayevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi davam edir.

E.İsayev Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ittiham olunur. Rəsmi açıqlamaya görə, Azərbaycan vətəndaşı İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabrda Azərbaycana deportasiya olunub və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

Azərbaycan ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə 15 avqust 2019-cu il tarixdə Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilərək xahişi əsasında Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Gülarə İlyasovanın iştirakı ilə ona ittiham elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib.

Qeyd edək ki, E.İsayev Ukraynadan Azərbaycana ekstradisiya olunub.

İlkin Muradov

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin