Prezident Xocalı abidəsini ziyarət etdi

0
745

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban ƏliyevaXocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev abidənin önünə gül dəstələri qoyublar.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.

Anım mərasiminin iştirakçıları abidənin önünə tər güllər düzüblər.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin