Prezident ad gününü köçkünlərlə keçirir, Ağcabədi şefi isə – İddialar/Video

0
1236

Yanvarın 1-də doğum gününü dəbdəbəli şəkildə qeyd edən Ağcabədinin icra başçısı Şahin Məmmədov bahalı məclis qurub.

Verilən məlumatda iddia olunur ki, Ş.Məmmədov prezident İlham Əliyevdən nümunə götürmək əvəzinə oliqarxlar kimi ad günü təşkil edib.

Dövlət başçısı ad gününü Ağcabədidə məcburi köçkünlərlə birgə keçirmişdi. Ş.Məmmədov Ağcabədiyə rəhbərlik etməsinə baxmayaraq, rayondakı köçkünləri yada salmayıb.

Ümumiyyətlə, adi günlərdə köçkünlərlə görüşməyən Ş.Məmmədovun doğum günündə onlarla birgə olacağı inandırıcı deyildi.

Bundan əlavə, icra başçısının bələdiyyə torpaqlarını satdığını, sahibkarlardan ticarət obyektlərinin tikintisi üçün qeyri-qanuni şəkildə pul tələb etdiyini iddia edən iş adamları icra hakimiyyəti ilə aralarında yaranan çəkişmənin də elə bu səbəbdən başladığını deyirlər.

Yəni, bütün zümrələrlə münasibətləri gərgin olan icra başçısı nə iş adamlarına, nə yerli sakinlərə, nə köçkünlərə qarşı isti münasibət bəsləyir.

Şahin Məmmədov dövlət büdcəsindən yol tikintisi və kəndlərə su çəkilməsi məqsədilə ayrılan vəsaitləri mənimsəyib. Restoranların yeri 5-10 minə, şadlıq sarayları 100-150 minə, mağazalar isə 20-30 minə satılır.

Bunu ödəməsən, sahibkarlıqla məşğul ola bilməzsən. Kəndə içməli su xətləri çəkilməli idi, amma çəkilmədi. 10 artezian adına ikisi qazıldı.

İddia olunur ki, rayonda dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına görülməli işlər ayrı-ayrı qurumların rəhbərlərinə, sahibkarlara gördürülür. Rayon mərkəzindəki küçələrdə abadlıq işlərini dövlət idarələrinin işçiləri görürlər.

Rayon icra hakimiyyətinin uğursuz başçısı Şahin Məmmədov başının dəstəsi ilə birlikdə rayonda müasir dövrün şahlıq inistitunu yaradıb.

Rayonda bütün dövləti postlarda təmsil olunanlar Şahin Məmmədov tərəfindən çirkaba bulaşdırılıb.

İnsanların az qala yaşamaq hüququna müdaxilə olunur. Rayonda sosial bərabərsizliklər üzündən hər gün narazılıqlar artan xətt üzrə inkişaf edir.

İcra başçısı və birinci müavini Rövşən Əhmədovun adı ən çirkin əməliyyatlarda, maxinasiyalarda hallanır. Çünki bütün baş verənlər birbaşa onların göstərişi ilə həyata keçirilir.

Rayon rəhbərliyi son vaxtlar rayonun Afşar kəndinin ərazisində yüz (100) nəfər sahibkara məxsus on min (10. 000)hektar torpaq sahələrini ələ keçirmək üçün olmazın variantlara əl atsalar da hələ ki, bu çirkin niyyətlərinə çatmayıblar.(fia.az)

İcra başçısının tenderdən mənimsədiyi pullara diqqət edək: 

1. Pərioğullar kənd icra nümayəndəliyinə 13200 manat
2. Salmanbəyli kənd icra nümayəndəliyinə 9400 manat
3. Şahsevən kənd icra nümayəndəliyinə 4200 manat
4. Yeni Qaradolaq kənd icra nümayəndəliyinə 13200 manat
5. Hacıbədəlli kənd icra nümayəndəliyinə 29200 manat
6. Hüsülü kənd icra nümayəndəliyinə 15800 manat
7. Qaradolaq kənd icra nümayəndəliyinə 13200 manat
8. Hacılar kənd icra nümayəndəliyinə 9400 manat
9. Minəxorlu kənd icra nümayəndəliyinə 9400 manat
10. Ağcabədi şəhər icra nümayəndəliyinə 85500 manat
11. Şərəfxanlı kənd icra nümayəndəliyinə 6800 manat
12. Kəbirli kənd icra nümayəndəliyinə 8400 manat
13. Boyad kənd icra nümayəndəliyinə 22500 manat
14. Ağcabədi rayon təhsil şöbəsi 25299 manat
15. Ağcabədi rayon Mədəniyyət şöbəsi 102624 manat
16. Ağcabədi rayon Təhsil şöbəsi Cavid Kİ MMC 113890 manat
17. Ağcabədi rayon Təhsil şöbəsi Əzim 3M MMC 112910 manat
18. Ağcabədi rayon Mərkəzi xəstəxanası Tünzalə V MMC 86900 manat
19. Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsi Ülkər H MMC 47950 manat
20. Rasmik MMC – 24812 manat
21. Ağcabədi şəhər icra nümayəndəliyinə 650462 manat

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin