“Postsovet məkanının ağası” qoca Baydeni “dişinə vurub” yoxlayır – TƏHLİL

0
215

Ukraynanın şərqindəki eskalasiyaya və sərhəddə Rusiyanın aktivliyinə ABŞ-ın reaksiyası əvvəlkilərdən fərqlidir. 26 martda Donetsk ətrafında atəşkəs pozuntusu  və 4 Ukrayna əsgərinin həlak olması, eləcə də sərhəddə və Krım istiqamətində Rusiya ordusunun hərəkətliliyinin artmasından sonra bir sıra addımlar atıldı.

Politoloq Şahin Cəfərli mövzu ilə bağlı açıqlamasında maraqlı detallara toxunub. O Ukrayna məsələsi ətrafındakı hazırkı gərginliyi belə əsaslandırıb: “Birinci səbəb Ukrayna daxilində Putinin çox yaxın adamı Viktor Medvedçukun şəbəkəsini sıradan çıxarmaq və 5-ci kolonu əzmək istiqamətində başlanan əməliyyat-istintaq tədbirləridir. Dünənki aktyor Zelenskinin bu siyasəti Putinin xarizmasını zədələyir, “postsovet məkanının ağası” təbii ki, bundan xoşlana bilməz. Putin hazırda Vaşinqtondakı abu-havanı qoxlamağa, qoca Baydeni “dişinə vurub”, onun qərarlılığını, sərt addımlara hazır olub-olmadığını aydınlaşdırmağa çalışır və istisna deyil ki, bu məqsədlə Donbasda kiçik miqyaslı provokasiyalar törətsin.

26 martda bu provokasiya törədildi, indi reaksiyaları izləyirik. İkinci səbəb Ukrayna hökumətinin Normandiya formatı çərçivəsində Putinin təmsilçisi Kozak tərəfindən irəli sürülmüş təklifləri rədd etməsidir. Rusiyanın təlimlər adı ilə hazırda Ukrayna sərhədlərində gəzdirdiyi qüvvələr əslində genişmiqyaslı hücum üçün yetərli deyil. Yəni sərhədlərdən Ukraynanın içərilərinə hücum üçün nəzərdə tutulmayıb və daha çox ABŞ-ı yoxlamaq, Ukraynanı qorxutmaq məqsədi daşıyır”.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin