Politoloq: “ABŞ öz təsir imkanlarını bütün sahədə itirməkdədir”

0
180

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri: “Artıq dünya birqütblü dünyadan çoxqütüblü dünyaya çox surətlə irəliləyir”…

“Bu gün ABŞ-ın İranRusiya, Çin, eyni zamanda Şimali Koreya kimi dövlətlərlə ciddi şəkildə qarşıdurmada olduğu vəziyyət Böyük Britaniyanı narahat edir. Buna görə də Böyük Britaniya gələcək perspektivdə ABŞ-dan asılı olmamaq və özünün təhlükəsizliyini təmin edə bilməsi üçün müstəqil hərbi strukturlar, ABŞ-a bağlı olmayan strukturlar yaratmaq istəyir”.

Bu sözləri politoloq Natiq Miri Böyük Britaniyanın hərbi sahədə ABŞ-dan asılığını azaltmaq istəməsini PİA.az-a şərh edərkən qeyd edib.

Böyük Britaniyanın müdafiə naziri Ben Uollas “The Sunday Times” qəzetinə verdiyi müsahibəsində ABŞ-ın dünya liderliyini itirməsi barədə danışıb. O vurğulayıb ki, Britaniya bundan təşviş keçirir və hərbi sahədə ABŞ-dan asılı olmamağa çalışır.

ABŞ-ın dünyada lider mövqeyini itirə biləcəyindən narahatam. Bu həm dünya üçün, həm də bizim üçün pis olardı. Ən pis nəticəyə hazırlaşıraq ən yaxşısına ümid edirik” – nazir deyib.

Dünyada baş verən proseslər ABŞ-ın siyasi, iqtisadi və hərbi sahədə dünya liderliyinin itirməsinə gətirib çıxara bilərmi və bu proseslərə ABŞİranABŞ-Çin və ABŞRusiya, o cümlədən ABŞ-Türkiyə qarşıdurması nə qədər təsir edir?

Mövzu ilə bağlı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Natiq Miri: “Gələcək perspektivdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında da çox ciddi islahatlar aparılmaq məcburiyyəti yaranacaq”.

Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı parlamentdə konkret qərar qəbul etdiyini xatırladan politoloq bildirib ki, buna görə də artıq Böyük Britaniya Avropa Birliyi çərçivəsində də özünün müdafiəsini təşkil edə bilməyəcəyi üçün mütləq mənada özünün çəkindirici güc ola bilməsi üçün hərbi strukturlarını və təhcizatını güclü şəkildə gücləndirmək istəyindədir:

“Artıq dünya birqütblü dünyadan çoxqütüblü dünyaya çox surətlə irəliləyir. Bu yöndə dünyanın həm iqtisadi, həm də siyasi gücləri çox fəaliyyət içərisindədirlər. Buna paralel olaraq da demək olar ki, ABŞ öz təsir imkanlarını bütün sahədə itirməkdədir. Bu təkcə ABŞ-ın istəyi ilə formalaşacaq məsələ deyil. Buna görə də dünya artıq birqütüblü dünyadan çoxqütüblü dünyaya keçmək istəyindədir. Hətta gələcək perspektivdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında da çox ciddi islahatlar aparılmaq məcburiyyəti yaranacaq. Artıq bu yöndə müəyyən fikirlər səslənməkdədir.

Əslində İngiltərənin müdafiə nazirinin açıqlaması da təxminən bu konteksdədir. Çünki bu günə qədər Böyük Britaniya ABŞ-ın hegemoniyasının kölgəsi altında fəaliyyət göstərirdi. Böyük Britaniya bir növ ABŞ-ın hər cəhətdən tamamlayıcısı rolunda iştirak edirdi. ABŞ həm etimadını, həm də təsir imkanlarını itirdikcə, həmçinin ABŞ qlobal səviyyədə təkləndikcə təbii ki, bu ABŞ-ın siyasi müttəfiqləri olan ingilisləri çox ciddi narahat etməyə başlayıb. Buna görə də ingilislər artıq özlərini qlobal təhlükədən sığortalamağa çalışırlar. Bunun üçün Böyük Britaniya müstəqil hərbi güc olmağa çalışır və düşünür ki, buna ciddi şəkildə ehtiyac var. Buna görə də Böyük Britaniyanın bu açıqlamasını həm zərurət, həm də doğru bir açıqlama kimi qəbul etmək lazımdır.

Məlumdur ki, Böyük Britaniya Avropa Birliyindən çıxması ilə bağlı parlamentdə konkret qərar qəbul edib. Buna görə də artıq Böyük Britaniya Avropa Birliyi çərçivəsində də özünün müdafiəsini təşkil edə bilməyəcəyi üçün mütləq mənada özünün çəkindirici güc ola bilməsi üçün hərbi strukturlarını və təhcizatını güclü şəkildə gücləndirmək istəyindədir. Yəni səsləndirilən fikirlər də təxminən bu konteksdədir. Düşünürəm ki, bu doğru bir addımdır. Çünki gələcək perspektivdə ABŞ-ın birmənalı olaraq öz strateji müttəfiqi olan Böyük Britaniyanı müdafiə edib- etməyəcəyi sual altında ola bilər. Artıq bunun görüntüləri də getdikcə sezilməkdədir.

Natiq Miri: “Gələcək perspektivdə ABŞ-ın birmənalı olaraq öz strateji müttəfiqi olan Böyük Britaniyanı müdafiə edib- etməyəcəyi sual altında ola bilər”.

Bu proses təkcə ABŞİranABŞRusiya qarşıdurması kontekstində birbaşa nəticə olaraq ortaya çıxmayıb. Bu proses artıq illərdir ki, getməkdədir. Hətta Obama dönəmindən bəri bu proses çılpaq şəkildə görsənməkdədir. Ayrıca bildiyimiz kimi bu gün ABŞ-a ciddi rəqib ola biləcək dünya gücləri, yəni Çin, hərbi cəhətdən güclənən Rusiya kimi ölkələr ortaya çıxmaqdadır. Getdikcə bu cür güclü rəqiblərin ortaya çıxması ABŞ-ın caydırıcılığını azaltmaqdadır.

Təbii ki, Yaxın Şərqdə və digər bölgələrdə baş verən münaqişə, qarşıdurma hadisələri, xüsusilə də ABŞRusiyaNATORusiya qarşıdurması, eyni zamanda ABŞİran qarşıdurması davam etməsi bu proseslərə ciddi təkan verir. Bütün bu proseslər əslində ABŞ-ı gücləndirmir, əksinə zəiflədir. Həmçinin bu gün ABŞ-da bütün dövlət strukturlarında birmənalı olaraq koordinasiya olunmayan bir vəziyyət yaranıb. Yəni bu gün Pentaqon bir siyasət, Xarici İşlər Nazirliyi bir siyasət, ABŞ adminstrasiyası tamamilə başqa bir siyasət yürütməkdədir. Hər ağızdan müxtəlif fikirlər səsləndirilirsə, bu dövlət olaraq güclülüyü ortaya qoymur. Bu dövlət içərisində birliyin pozulması anlamına gəlir ki, belə məsələlər də təbii ki, ABŞ-ın siyasi müttəfiqi İngiltərəni narahat etməkdədir.
Bu gün ABŞ-ın İranRusiya, Çin, eyni zamanda Şimali Koreya kimi dövlətlərlə ciddi şəkildə qarşıdurmada olduğu vəziyyət Böyük Britaniyanı narahat edir. Buna görə də Böyük Britaniya gələcək perspektivdə ABŞ-dan asılı olmamaq və özünün təhlükəsizliyini təmin edə bilməsi üçün müstəqil hərbi strukturlar, ABŞ-a bağlı olmayan strukturlar yaratmaq istəyir”.

Nərminə UMUDLU

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin