Şəkidə xoşagəlməz hal verib. Polis rəisi Əbülfət Rzayev Yeni Azərbaycan Partiyasının qocaman üzvü, Ümummilli Lider Heydər Əliyevin silahdaşı, sabiq icra başçısı müavini Valeh Yusifliyə qarşı təzyiqlər edib.
Bu haqda Realmedia.az-a zərərçəkmişin özü bildirib. Həmçinin hadisə bağlı cənab prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova daxili işlər naziri Ramil Usubova, DTX rəisi Mədət Quliyevə müraciət edib.
Həmin müraciətin mətnin olduğu kimi veririk:
“Mən, Yusifli Valeh Nəsib oğlu Cənab Ramil Usubova 04.04.2017-ci il tarixdə müraciət edərək Şəki Şəhər-Rayon Polis Şöbəsinin Şəki ictimaiyyətinə qarşı şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə, insan hüquq və azadlıqları, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayət əməlləri barədə Şəkinin bir qrup ziyalı və ictimaiyyət nümayəndələri adından rəsmi məlumat vermişəm.
Həmin müraciət DİN-nin idarə rəisi müavini Səbuhi Pənahovun 13.04.2017-ci il tarixli məktubu ilə baxılıbmüvafiq tədbir görülməsi üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. ŞRPŞ-nin rəis müavini Vüqar Xəlilovun 23.04.2017-ci il tarixli məktubu əsasında toplanmış material Şəki ŞRPŞ-nin arxivinə verilmişdir.
Mənim DİN-i cənab Ramil Usubova 30.05.2017-ci il tarixli eyni məxmunlu təkrar müraciətim yenidən baxılması üçün DİN-nin İdarə rəisi İsmayıl Əsədovun 07.06.2017-ci il tarixli məktubu ilə baxılıb tədbir görülməsi üçün Şəki ŞRPŞ-nə göndərilmişdir.
Həmin müraciətlərimə görə qisas almaq məqsədilə 31.08.2017-ci il tarixində başqa bir bəhanə ilə polis idarəsinə dəvət edildim. Məni rəisin otağına apardılar. Burada mən rəisin hücumuna məruz qaldım.Burda rəis və müavinləri mənə müxtəlif böhtanlar ataraq özlərinə layiq küçə söyüşləri söyür, fiziki təsir göstərirdilər. Başıma endirilən çoxsaylı zərbələrdən sonra rəis Əbülfət Rzayev evimi axtarmağı tapşırdı. Qorxaq rəis məni qandallatdıqdan sonra kameraya yox, pilləkənlərin arasında saxlamaq əmri verdi. Və saatlarla saxlanıldım. Ciddi baş beyin zədəsi almışam, sol qulağım eşitmir.
Mən Valeh Yusifli kimi bu gün də özümü xoşbəxt hiss edirəm ki, şərəfli ömrümün 40 ilini peşəkar siyasətə həsr etmişəm. Ulu öndər Heydər Əliyev 1993-cü ilin aprelində ,hələ Naxçivanda olarkən Şəkidəki evimə bir neçə nəfər nüfuzlu adam göndərmişdir ki, Valehə deyin ki, ölkədə vəziyyət ağırdır, təşkilatlanmaq və zonada YAP -ı yaratmaq lazımdır. Mən 1993-cü ilin may-avqust aylarında Oğuz-Balakən zonasında etibar etdiyim adamları toplayaraq H.Əliyevin qeyd etdiyi kimi zonada YAP-ın yaradılmasına və yüksək fəaliyyətini təşkil etdim. Özüm isə YAP Şəki rayon təşkilatının rəhbəri oldum. 1993-cü ildə H.Əliyev məni və “91 lərin üzvü olan Nəzir Əhmədovu şəxsən qəbul edərək mənə rayona rəhbərlik etməyi təklif etdi. Mən qocaman və peşəkar Nəzir Əhmədovun yanında bu təklifi qəbul etmədim ki, Nəzir müəllim yanında mən bu vəzifə üçün çox cavanam. O zaman müdrik H.Əliyev mənim fikrimlə razılaşaraq Nəzir müəllimi rəhbər məni isə ona bu işlərdə yardımçı olmağ tapşırdı. Həqiqətən biz Şəkiyə qayıtdıqdan bir-iki sonra N.Əhmədov başçı, mən isə Şəki rayon İH-ti Ərazi İdarəetmə şöbəsinin müdiri vəzifəsinə təyin edildim. Vəzifələrdə işlədiyim 7 il ərzində dövlətə və ictimaiyyətə ləyaqətlə xidmət etdim. Son illrə qədər yaşadığım Şəki şəhərində adi bir daxmada 3 övladımla birlikdə şərəflə ömür sürdüm. İndi də zonada bütün imkansız kasıb insanların hüquqlarını fərdi qaydada müdafiə etməklə şərəfli ömrümü davam edirəm. Balakən raonundan Qəbələyədək mənə müraciət edən insanlar da zonada yaşayan vicdanlı və vicdansız məmurlar da yaxşı bilirlər ki, həmişə ümumxalq mənafeyini üstün tutmuşam, məddahlığı, yaltaqlığı, haramzadalığı xoşlamamışam.
Cənab Prezident Mənim ziyalılar adından Şəki ŞRPŞ-si rəhbərliyi tərəfindən baş verən xoşagəlməz halların qarşısının alınması və qanunamüvafiq tədbirlər görülməsi üçün DİN-nə etdiyim müraciətlər “İnzibati İcraat Haqqında” AR Qanununa zidd olaraq tədbir görülməsi üçün şikayət etdiyim polis rəisi Əbülfəz Rzayevə göndərilməsini qanunsuz hesab edirəm. Nəticəsi əvvəldən bəlli olan belə şikayətlərə görə polis rəisinin məndən fiziki və mənəvi təzyiq göstərməklə qisas almasını qınayır və hesab edirəm ki, 1996-cı ildə rus dili müəllimi ixtisası alan indiki Şəki RŞPŞ-nin rəisi Ə.Rzayev toplanmış materiallarla əlaqədar tədbir görməyəcəyini nəzər alaraq qanuni iş aparılmasını Şəki rayon Prokurorluğuna həvalə etməyinizi, mənim sağlamlığımın bərpa edilməsi və müalicəm üçün köməklik göstərməyinizi xahiş edir və əvvəlcədən təşəkkürümü bildirirəm.
QEYD^ Rus dili müəlli olmuş Əbülfəz Rzayevin arzusu budur ki, Sumqayıt Polis İdarəsinə rəis vəzifəsinə getsin. Və bizim şikayətlər onun bu arzusunu yubatdığı üçün əsəbiləşir. Amma sabah Şəki rayonu ərazisində polis zülmündən cana doymuş insanların hər hansı xaos yaratmasının birbaşa məsuliyyəti rəis Ə.Rzayev daşıyacaqdır.
Şəki, M.Ə.Rəsulzadə küçəsi ev 403 ünvanda yaşayan Yusifli Valeh Nəsib oğlu”