Film çəkilərkən polis hadisənin həqiqi olduğunu zənn edərək, aktyor Cim Daffa atəş açıb. Hadisə İndiana ştatında baş verib. Çəkiliş qruppu həmin vaxt barın oğurlanma səhnəsini çəkirmiş.
Hüquqmühafizə orqanının hadisə ilə yaydığı məlumatda deyilir ki, həmin vaxt polis idarəsinə çağırış edilib: «Bizə zəng oldu ki, bara üzündə maska olan əli silahlı şəxs girib»
«Oğru» həmin vaxt arxası zabitə tərəf olub. Polis ona silahı atmağı əmr edib, ancaq Daff onlara tərəf dönüb. Hüquqmühafizəçi atəş açsa da hədəfə dəyməyib. Bundan sonra aktyor maskasını çıxarıb, silahını yerə qoyub və barda əslində çəkiliş getdiyini izah edib.
Polis iddia edir ki, nə çəkiliş qruppu, nə də barın sahidi çəkiliş barədə məlumat verməyib.