Penitensiar Xidmət rəisi postu uğurunda savaş – Orxan Qasımovla İlqar Abbasov Ceyhun Həsənovun kreslosunu bölüşə bilmirlər…

0
150
Xatırlayırsınızsa ötən həftə Bakı şəhərinin keçmiş prokuroru İlqar Abbasovun Penitensiar Xidmətin rəisi vəzifəsinə gətiriləcəyi ilə bağlı mediada məlumatlar yayılmışdır.
Bu günləri isə Penitensiar Xidmətin rəisi vəzifəsinə hazırda yüksək vəzifədə işləyən başqa bir iddialı namizədin – Orxan Qsımovun da adı çəkilir.
Qeyd edək ki, o, 10 sentyabr 2018-ci ildən Penitensiar Xidmətin rəis müavini vəzifəsində çalışır. 1977-ci il təvəllüdlü O.Qasımov ədliyyə general-mayorudur. O. Qasımov əslində kimdir?
O.Qasımov 2019-cu ilin dekabrında dünyasını dəyişən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin sabiq rəisi Cavanşir Tağıyevin oğludur. Qeyd edək ki, O.Qasımov atasının soyadını daşımır.
O, həm də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun kürəkənidir.
RealMedia.az olaraq onu da qeyd edək ki, həm İ.Abbasov, həm də O.Qasımov hədsiz dərəcədə varlı şəxslərdir, onların ailə üzvləri, qohumları yüksək vəzifələrdə çalışıblar.
RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin