Paşayevlər “kart”ları açır: I vitse-prezident köhnə qvardiya üzvləri ilə işləmək istəmir – Şok gəlişmə

0
2092

Hakimiyyətdəki qruplaşmalar kartları de-şifrə etməyə başlayıblar. Naxçıvan qvardiyası və Paşayevlər klanı arasındakı qütbləşmə açıq şəkildə özünü göstərməkdədir. Bu dəfə Bakı qruplaşması kartları gizlətmir və açıq oyuna getməkdədir.
Elə Heydər Əliyev Fondunun icraçı-direktoru və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovun birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunması da bu qəbildən olan hadisədir.

Bu barədə AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, Mehriban Əliyeva öz ətrafında Prezident Administrasiyası ilə əlaqəli olmayan gənclərdən ibarət komanda yığır.
Bu komandada Naxçıvan qruplaşmasına və veteranlara rast gəlmək mümkün deyil. Hakimiyyətin cavanlaşdırılması siyas%