Parisdə “Qarabağ, mən səni tərk etmirəm” sənədli filmi nümayiş etdiriləcək

0
662

Fransanın paytaxtı Paris şəhərində Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasını məcburən tərk etmiş qaçqın və məcburi köçkünlərə həsr edilmiş “Qarabağ, mən səni tərk etmirəm” sənədli filminin təqdimatı keçiriləcək.

“Report”un Fransa bürosu məlumat verir ki, bu barədə filmin rejissoru Maksim Marduxayev bildirib.

O, qeyd edib ki, təqdimat dekabrın 14-də, Parisin “Balzak” kinoteatrında baş tutacaq.

Filmin nümayişi rəsmi şəxslərin iştirakı ilə azərbaycanlı qaçqınlara həsr edilmiş debatla müşayiət etdiriləcək. Tədbirdə filmin quruluşçu rejissoru Maksim Marduxayev də iştirak edəcək.

Qeyd edək ki, M. Marduxayevin atası Azərbaycanda, anası isə Parisdə doğulub. Onun atası Bakıda, 8 uşaqlı yoxsul bir yəhudi ailəsində dünyaya gəlib. M. Marduxayevin ana nənəsi Aleksandra məşhur rus yazıçısı Lev Tolstoyun nəvəsi, ana atası İqor isə Konstantin Stanislavskinin oğludur.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin