Pallone Azərbaycana qarşı ağlasığmaz tələb irəli sürüb

0
303

ABŞ Nümayəndələr Palatasının üzvü, Konqresin erməni məsələləri üzrə komissiyasının həmsədri Frenk Pallone Azərbaycana qarşı ağlasığmaz tələb irəli sürüb.

RealMedia.az xəbər verir ki, Frenk Pallone ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı ilə bağlı tvitter səhifəsində fikrini bildirib.

“Dövlət katibi Entoni Blinkenin Cənubi Qafqazda gedən prosesləri izlədiyini və Azərbaycanın “qeyri-qanuni saxladığı” erməni əsirlərini azad etməyə çağırdığını görmək çox xoşdur. Birləşmiş Ştatlar Azərbaycan qoşunlarını sərhədyanı ərazilərdən çıxarmağa çalışmalıdır ki, bu da sülh prosesinə töhfə verəcək”, – deyə F.Pallone qeyd edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin