“Pakistan hər zaman Azərbaycanın yanındadır” – BMT-nin Pakistan üzrə eksperti Qaiser Navab

0
89

Pakistan bütün gücü ilə öz ərazi bütövlüyünü qorumaq uğrunda mübarizədə Azərbaycanın yanında olmağa və Ermənistanla münaqişədə Azərbaycanı qətiyyətlə dəstəkləməyə davam edəcək.”

BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navabın Metbuat.az-a özəl müsahibəsini təqdim edirik.

– Hörmətli Qaiser Navab. Sizin hazır ki gündə Azərbaycan-Ermənistan cəbhə xəttində baş verənlərə münasibətinizi bilmək istəyirik.

”Azərbaycan digər dövlətlərin suverenliyinə hər zaman tam hörmət edib. Lakin öz torpaqlarının suverenliyi Ermənistan tərəfindən pozulub.Təcavüzkar Ermənistan Azərbaycanın ərazilərini qanunsuz işğal edib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan dəfələrlə Ermənistanın təxribatlarına səbr nümayiş etdirsə də işğalçı dövlət bundan dərs götürmədi. Bu hadisədən sonra artıq səbri tükənən Azərbaycan haqlı mübarizəsinə işğalçı ölkənin təxribatlarına son qoymaq barədə qərar qəbul etdi.”

– Pakistan bu məsələnin həlli yolunun artıq müharibə ilə həll olması barədə nə düşünür?

”Müharibə hər hansı bir məsələni həll etmək üçün son çarədir. Dağlıq Qarabağ münaqişəsinin həllinin başqa yolu yoxdursa, Pakistan istənilən halda qardaş ölkəni dəstəkləməyə hazırdır.

Pakistan Türkiyə də daxil olmaqla bir çox mötəbər ölkə Azərbaycanın yanındadır. Azərbaycanın Dağlıq Qarabağ üzərində haqqını qorumaqda kömək edəcəyik.

Pakistan bütün gücü ilə öz ərazi bütövlüyünü qorumaq uğrunda mübarizədə Azərbaycanın yanında olmağa və Ermənistanla münaqişədə Azərbaycanı qətiyyətlə dəstəkləməyə davam edəcək.”

– Azərbaycan Ermənistana qarşı tribunalın yaradılması üçün beynəlxalq təşkilatlara müraciət edəcək. Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə tərəfimizdən xüsusi beynəlxalq tribunalın yaradılması üçün bir sıra beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasına müraciət ediləcək. Necə düşünürsünüz BMT nə qərar verəcəkdir?


”Azərbaycanın BMT-yə müraciəti tamamilə anlaşılandır. BMT Ermənistanın Dağlıq Qarabağ üzərindəki nəzarətini tamamilə qanunsuz elan edib. Pakistan BMT-nin Baş Assambleyasında məsələni qaldıraraq əhəmiyyətli bir faktor olduğunu sübut edə bilər.

Həm də, dünyada siyasi və strateji təsir gücünə malikdir. Beləliklə, dost ölkələrdən Ermənistana qarşı sanksiya tətbiq edilməsini xahiş etməklə Azərbaycanın bu mübarizəsinə dəstək toplaya bilər. Sanksiyalar və embarqolar Ermənistanı geri çəkilməyə məcbur edəcəkdir.

Pakistan BMT nizamnaməsinə inanır və bütün məsələləri dinc yolla həll etmək istəyir. Pakistan və Azərbaycan iki ölkə arasında iqtisadiyyat, ticarət, enerji, hərbi, mədəniyyət, təhsil və digər regional məsələlər kimi müxtəlif sahələrdə güclü və hərtərəfli bir əməkdaşlıq edən qardaş ölkələrdir. Pakistanın istehsal etdiyi inkişaf etmiş və güclü silahlar Azərbaycan ordusunun güclənməsində mühüm rol oynayır.

Bu arada, həm Pakistan, həm də Azərbaycan müxtəlif təşkilatlar və diplomatik formatlar vasitəsilə regional iqtisadiyyatın və tranzit yollarının inkişafında birlikdə fəaliyyət göstərirlər.

Ümid edirik ki, Ermənistanın öz təcavüzünü ört-basdır etmək səyləri beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcəkdir.

Pakistan bütün gücü ilə öz ərazi bütövlüyünü qorumaq uğrunda mübarizədə Azərbaycanın yanında olmağa və Ermənistanla münaqişədə Azərbaycanı qətiyyətlə dəstəkləməyə davam edəcək. Şübhəsiz – “Dağlıq Qarabağ bölgəsi Azərbaycana məxsusdur”.

Yaşasın Azərbaycan! Yaşasın Pakistan Azərbaycan qardaşlığı!

Gülbəniz Hüseynli 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin