PA rəsmisi İsmayıl Yaqubovla quda olan 67 yaşlı müəllimə ixtilafda olduğu valideyni indi də belə ŞANTAJ edir

0
1014

O, bütün sinif şagirdlərinin valideynlərini S.Heydərovaya qarşı səfərbər edib.

Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Hüseyn Məmmədov küçəsi ev 7, mənzil 16 ünvanda yaşayan Heydərova Samirə Nəriman qızının redaksiyamıza müracətində ehtiva olunan məsələ saytımızda işıq üzü görəndən sonra təəssüflər olsun ki, onun şikayətləndiyi tərəf daha da hiddətlənmişdir.

Xatırladaq ki, Samirə Heydərova 106 saylı məktəbin şagirdi olan qızı Heydərli Nihal Elşad qızının müəlliməsi Tünzalə Qasımovadan şikayətlənərək, il yarım əvvəl həmin müəllimin uşağı tələb etdiyi pulu vermədiyinə görə döydüyünü, ardından özünün də müəllimənin tərəfində duran başqa bir valideyn Rəhimli Məhəmməd Səfər oğlu tərəfindən döyüldüyünü, xəsarət alaraq telefonunun sındırıldığını, qızıl zinət əşyalarının itdiyini, işin məhkəməyə düşdüyünü, məhkəmədə məktəbin direktorunun şagirdlərdən pul toplanılmasını etiraf etdiyini bldirmişdi.

Şikayətçi yazırdı ki, bunca maddi və mənəvi ziyana düşməsinə baxmayaraq, qanunun aliliyini təmin etməli olan orqanlar dəfələrlə icraatı dayandırılan, təzələnərək davam etdirilən, müstəntiqləri dəyişdirilən cinayət işində onun hüquqlarını tanımaq istəməyiblər. Əlavə oaraq bildirmişdi ki, o, polisə şikayət etdiyi vaxt Məhəmməd Rəhimli də polis tərəfindən təhrik edilərək tibbi ekspertizaya göndərilmiş, nəticə belə alınmışdır ki, guya insident iştirakçılarının hər ikisi xəsarət alaraq qarşılıqlı şikayət vermişlər. Müəllimə Tünzalə Qasımova da S. Heydərovaya qarşı Naxçıvan MR-nın Culfa rayon məhkəməsində maddi və mənəvi zərərə görə pul tələbi ortaya qoymuşdur. İş apellyasiya və Naxçıvan MR Ali Məhkəməsi müstəvisinə qədər uzanmışdır. Maddi və mənəvi zərərə uğrayan S.Heydərova nəhayətdə özü Qaradağ rayon məhkəməsinin 30 noyabr 2016-cı il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilərək 100 manat məbləğində cərimə edilmişdir.

S.Heydərovanın fikrincə, 67 yaşlı Tünzalə müəllimənin yaş senzinə məruz qalmadan vəzifədə qalmasına və onu bütün digər çəkişmələrdən qalib çıxaran səbəb Prezident Administrasiyasının mənsubu İsmayıl Yaqubovla quda olmasıdır. Məqaləmizdə belə bir sual da ortaya qoymuşduq: – Əgər doğrudan da S.Heydərova M. Rəhimlini döyüb sağlamlığına yüngül də olsa xəsarət yetirmiş olsaydı, onun əməli xuliqanlıq kimi tövsif olunmalıydı. Çünki ən azından iki nəfər hal şahidinin olması o deməkdir ki, Samirənin hərəkəti ictimai təhlükə daşıyıb. Axı iki nəfər özü də ictimaiyyət deməkdir. Əcəba, hüquq-mühafizə, cinayət təqibi orqanları nədən ona qarşı bunca “humanist” davranıblar? Məsələ saytımızda ictimailəşəndən sonra qudası PA rəsmisi olan 67 yaşlı müəllimə ixtilafda olduğu S.Heydərovaya qarşı dırnaqarası “humanist” rəftardan da vaz keçmişdir. Bu dəfə, Tünzalə müəllimə bir deyil, iki deyil, az qala bütün sinif şagirdlərinin valideynlərini S.Heydərovaya qarşı səfərbər etmişdir. Hamısını ifadə verməyə razı salmağa çalışırlar ki, guya S.Heydərova qızının xəstə olduğunu səbəb göstərərək onunla qayğılanıb tez-tez sinifə gələrək dərs prosesini pozurmuş.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin