ÖZÜNÜ “KİÇİK PADŞAH” HESAB EDƏNLƏRİN BAŞINA “DƏMİR YUMRUQ” NƏ VAXT VURULACAQ?

0
435

“BUNLAR DÜZƏLƏN DEYİL”- Vahid Əhmədov
“Son vaxtlar bəzi icra başçıları ilə bağlı şikayət xarakterli müraciətlər artmaqdadır. Görünür ki, bunlar baş verənlərdən ibrət dərsi götürmürlər. Odur ki, ölkə başçısının hələ müharibədən əvvəl start verdiyi struktur və kadr islahatları davam etdirilməlidir”.

RealMedia.az xəbər verir ki, bunu mediaya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. O deyib ki, bəziləri dövlət başçısının apardığı siyasəti dərindən dərk etmir, regionlarda korrupsiya halları baş alıb gedir:

“İnsanların şikayəti həddən çoxdur. 44 günlük müharibədə bu xalq faktiki olaraq, birləşdi, insanlar bir yumruq kimi oldu. Bu cür qələbə əldə edilib, bu cür çətin günlərdən keçdik. Hələ də pandemiya ilə əlaqədar ağır günlər davam edir. Biz hamımız onlara dəstək olmalıyıq. Rəhbər şəxslər, yerlərdə icra başçıları şəhid ailələri, qazilərlə mütəmadi əlaqədə olmalıdır, onların problemlərilə maraqlanmalıdırlar.

Amma əksərində bu yoxdur, onların bəzisi köhnə ab-havalarında, öz keflərində, öz məqsədləri uğrunda çarpışmaqdadırlar. Ona görə də kadr islahatları davam etdirilməlidir, özü də ciddi və köklü şəkildə”.

Parlament üzvünün sözlərinə görə, rəhbər vəzifədə olan şəxslərin fəaliyyəti yoxlanılmalıdır:

“Dövlətə, xalqa yanan, qayğısına qalan, ölkə başçısının siyasətini dəstəkləyən kadrlar vəzifəyə gətirilməlidir. Sən ölkə rəhbərinin siyasətini qəbul etmirsən, vəzifədən öz məqsədlərin, büdcəni çapıb-talamaq üçün istifadə edirsənsə, bu siyasətdə ola bolmzəsən. Bunlar bir-birinə zidd məsələlərdir. Mən düşünürdüm ki, ağır günlərdən, müharibədən sonra bəzilərinin ağlı başına gələr, amma görünən odur ki, bunlar düzələn deyil”.
Azərbaycanda yerli məmurların daha çox özbaşınalıqla məşğul olması səbəbindən onlar haqqında yuxarı instansiyalara edilən şikayətlər də çox olur.
Prezident Admnistrasiyası artıq bir neçə ildir ki, daha çox şikayət olunan icra başçılarının «reytinq cədvəli»ni də hazırlayaraq, onu cəmiyyətə açıqlayır.
“Unikal” qəzetinin əldə etdiyi məlumatda bildirlir ki, yeni ilin ilk ayı üzrə hazırlanmış «reytinq cədvəli»ndə də maraqlı məqamlar var.
Məlumatlarda deyilir ki, Prezident Admnistrasiyasına müraciət edən vətəndaşların ən çox şikayətçi olduqları yerli məmurlardan biri də Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevdir. Füzuli rayonunun rəhbərinin özbaşınalığı, qanunları saya salmaması, habelə total korrupsiyaya yol verdiyini əhatə edən bu şikayətlərin ümumi sayının yüzlərlə olduğu bildirilir.
RealMedia.az xəbər verir ki, “Unikal.org”a daxil olan məlumatlarda həmçinin qeyd olunur ki, rayonda sahibkarların sıxışdırılması, onlardan qanunsuz ödəmələrin tələb olunması artıq ənənə halını alıb. Prezident İlham Əliyevin bu kimi neqativ hallara qarşı barışmaz olacağını və bu vədində nə qədər ciddi olduğunu atdığı addımları ilə sübut etməsinə baxmayaraq Füzulinin icra başçısı əməllərindən qalmır.
Müstəqil jurnalist Məhəbbət Orucov Alı Alıyev haqqında: “Onu deyim ki Alı Alıyev uzun illərdir ki, Füzuli rayon İcra Hakimiyyətinin başçısıdır. Amma işlədiyi dövrdə onun Füzuli rayonunda gördüyü işlər heç də qənaətbəxş olmayıb. Sadəcə o, öz maraqları naminə xeyli işlər görüb. İnsanlar da ondan kifayət qədər narazıdır. Alı Alıyev hətta dövlətin verdiyi aylıq müavinətlərə belə gözünü dikən adamlardandır. Alı Alıyev Füzuli rayonunu idarə etdiyi müddətdə ondan heç xoş söz deyən tapılmadı. Dəfələrlə sosial vəziyyəti ağır olan məcburi köçkünlərin çörək pulunun kəsilməsində xüsusi canfəşanlıq edib, insanları aldadıb. İnsanlar bununla bağlı Nazirlər Kabinetinə müraciət etsələr də, Alı Alıyev buna əhəmiyyət vermir. O, ölkə rəhbərliyinə göndərilən şikayət məktublarına belə əhəmiyyət vermir. Füzuli rayonunda insanların sosial durumu heç də ürəkaçan deyil. Bu adam Füzuli rayonunda 22 kəndə rəhbərlik edir. Heç Bakıdakı məcburi köçkünlərdən xəbəri yoxdur. İşğaldan azad olunmuş ərazidə məskunlaşmış insanların məşğulluğunu belə təmin etmir. Orada özünəməşğulluqla bağlı dövlət başçısının irəli sürdüyü proqram da nəzərə alınmır. Məndə olan məlumata görə, hətta məşğulluqla bağlı insanlara verilən kartlar belə Alı Alıyevin seyfindədir. Sadəcə olaraq, onun əvvəli də belə olub, indisi də. Özümün də, ikinci qrup əlil övladımın da ona işi düşüb. Ona dəfələrlə məktub yazılıb, amma məktublara cavab verməyib”.
Məhəbbət Orucov qeyd edib ki, onun fəaliyyəti ancaq öz maraqlarını təmin etməkdən ibarətdir:

Alı Alıyev qeyri-ixtiyarı olaraq baş əyir
“Mən həmişə düşünürəm ki, Fizuli rayonu yerində deyil. 22 xırda-para kənd var, bu kəndləri lazımi şəkildə idarə edə bilmir. Çünki maraqları var. Marağı cibini doldurmaq, özünə şirkət açmaqdan ibarətdir. Bu adam torpaq satmaqla ad çıxarıb. Heç bir iş görməyib. O, sadəcə özündən böyüyə yaltaqlanan, özündən aşağı səviyyədə olana zülm edən icra başçısıdır. Köhnəlib, heç bir yeniliyi, ideyası yoxdur. Bu adam Füzuli camaatı üçün, Bakıdakı məcburi köçkünlər üçün heç bir iş görməyib.
Qarabağ qazisi və iş adamı Nəriman Əliyev Prezident İlham Əliyevlə “Qarabağ Broyler” müəssisəsinin açılışında

Füzuli rayonun icra başçısı haqqında deyilənlərə sübut olaraq redaksiyamıza müraciət etmiş 1-ci və 2-ci Qarabağ Müharibəsi qazsi olmuş iş adamı  Nəriman Əliyevdir. Qazimizin sözlərinə görə onun rayonda qurub yaratdığı və yüksək texnologiyalar əsasında işə saldığı “Qarabağ broiler” firmasının açılışında cənab president İlham Əliyev şəxsən iştirak etmiş və xeyir-dua vermişdir. Lakin çox keçmir ki, 120 nəfərin işlədiyi bu firmanın işləməsinə icra başçısı “Qurd və quzu” təmsilində olduğu kimi işləmsinə imkan vermir. Hazırda da müəssisə bağlıdır. Müəssisə rəhbəri N.Əliyev də bankdan götürdüyü 3 milyon manat civarında krediti ödəmək istəyir. Deməli, yuxarıda qeyd edilənlər təkcə bu fakt üzrə öz təsdiqini tapmış olur ki, cənab Alı Alıyev doğrudan da rayonda sahibkarların sıxışdırılması ilə məşğul olur. Deyilənə görə vəziyyət o həddə çatıb ki, rayon ərazisində sahibkarlıqla məşğul olan obyektlərin əksəriyyətinin başçıya aid olmasında kimsənin şübhəsi yoxdur. Digər məlumatlardan aydın olur ki, cənab icra başçısı o qədər ayıq-sayıqdır ki, hətta rəhbəri olduğu rayonda müharibənin getdiyi bir zamanda əsgərlərimiz tərəfindən işğaldan azad edilmiş kəndlərdən qənimət kimi götürülmüş iribuynuzlu və xırda buynuzlu mal-qaranın da çox hissəsini əsgərlərin əlindən alaraq dövlətin nəfinə keçirmək adı altında öz obyektləri olan fermalara və qəssab dükanlarına ötürmüşdür.(fotolar əlavə edilir) Füzulini işğaldan azad olunması uğrunda ciddi yaralanmış yerli qazilərlə maraqlanmaması, onlara köməklik göstərməməsi isə əsgər və qazilərimizin döyüş ruhuna ciddi təsir göstərmişdir.
 Qarabağ qazisi və “Qarabağ broyler” müəssisəsinin direktoru Nəriman Əliyev

Redaksiya olaraq iş adamı Nəriman Əliyevin niyə belə sıxışdırılması və obyektinin qapanmasının səbəblərini soruşduqda o “İlan vuran ala çatıdan qorxar” zərb məsəlini yada saldı və ona qarşı törədilmiş təxribat hadisələrinin motivləri  barədə danışmaq istəmədi.  Görünür qazi sahibkar təkrar olaraq “kiçik padşah”ın qəzəbinə tuş gəlməkdən narahat olmuşdur. Amma bir xahişinin olduğunu və cənab Ali Baş Komandana saytımız vasitəsilə çatdılmasını bildirdi. N.Əliyev Ali Baş Komandandan xahiş edir ki, onun 1-ci və 2-ci Qarabağ müharibəsində şəxsən iştirak etməsini, rayonda  böyük bir “Qarabağ broiler” müəssisəsini açaraq 120 nəfər imkansız ailələrin üzvlərini işlə təmin etməsini və bankdan götürdüyü kreditin ödənilməsi üçün müəssisənin fəaliyyətinə president cənb İlham Əliyev tərəfindən rəsmi açılışında iştirak etdiyi və xeyir-dua verdiyi “Qrabağ Broyler” firmasının fəaliyyətinə icazə versin. (İfadetv.com)
 Yerli kənd camaatının dediyinə görə ermənilərə məxsus və qənimət kimi götürülmüş mal-heyvanı, taxılı bu KAMAZla icra başçısı öz şəxsi obyektlərinə daşıtdıran zaman postda saxlanılmış və Füzuli Polis Şöbəsinə gətirilmişdir. İcra başçısı da TƏCİLİ BURAXIN! əmri verir 
 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin