Öz qızlarını vəhşicəsinə öldürən cinayətkar: “Mən şeytanla birgə doğuldum”

0
716

“Mən içimdəki pisliklə doğuldum. Qatil olmaq gerçəkliyimin önünə keçə bilmədim. Dünyaya gözlərimi açdığım yatağın yanında iblis mənim dostum olaraq gözləməkdə idi və o gündən bəri mənimlə birlikdədir”.

Bu sözlər İblis Holms ləqəbli, əsl adı Henri Hovard Holms olan Amerikanın ilk silsilə qətllər törədən qatilinə aiddir.

200-dən çox cinayətdə adı keçən Amerikanın ilk silsilə qətllər törədən qatili olan bu şəxs məqsədlərini həyata keçirmək üçün 100 otaqlı bir malikanə hazırladıb. O, malikanədə qaz otaqları, turşu balonları və əhəng quyuları kimi bir çox tələlər qurub və həmin otaqları 1893-cü il Çikaqo Dünya Sərgisinə gələn ziyarətçilərə kirayə verib. Təbii ki, burada məqsəd pul qazanmaq deyil, öldürmək olub.

Bu “həvəs” onda uşaqlığından yaranıb. ABŞ-ın Nyu Hampşir şəhərində doğulub böyüyən Holmsun sinif yoldaşları onun həkimdən qorxduğunu öyrənib. Onlar Holmsu insan skeletinə toxunmağa və onu araşdırmağa məcbur ediblər. Dostlarının onu qorxutmaq üçün skeletə toxunmağa məcbur etməsi qısa bir müddət sonra onun ölümə maraq salmasına səbəb olub.

Holms universitetdə oxuduğu zamanlar laboratoriyadan cəsədləri oğurlayır və onların formalarını pozur. Daha sonra cəsədlərin qəza nəticəsində ölən adamlara aid olduğunu söyləyərək mərhumların sığorta pullarını yığmağa başlayır.

O, dərman sənayesindəki karyerasını inkişaf etdirmək üçün Çikaqoya köçməyə qərar verir. Eyni zamanda bir çox sirli işlər, qanunsuz mənzil alveri və bu kimi qaranlıq yollara baş vurur.

Holms Marta və Klara adlı 2 qadın ilə evli olduğu zaman Denver şəhərində köhnə iş yoldaşlarından birinin həyat yoldaşı olan Culia Smit ilə evlənir. Daha sonra Cullia Holmsun qurbanlarından birinə çevrilir…

Holmsun şöhrətinin əsl qaynağı isə 1886-da inşa etdirdiyi “World’s Fair Hotel” olur. Çikaqodakı bir festival üçün inşasına başlanılan hotel əslində Holmsun şəxsi ölüm qəsri olur. Hotelin inşası zamanı heç bir işçi planları tam olaraq həyata keçirə bilmir və heç kim burada bir neçə həftədən çox işləyə bilmir.
Holms kimsə içəridə tam olaraq nələr olacağını anlamasın deyə otelin inşasında işləyən hamını müxtəlif boş səbəblərlə işdən qovur.

1893-cü ilə gəldikdə isə Çikaqo Dünya Sərgisi zamanında beynində qurduğu cinayətləri həyata keçirmək üçün özəl olaraq dizayn etdiyi hoteli o zamanlarda orada olan qonaqların istifadəsinə verir. Hoteldə qaz otaqları, turşu hamamları və əhəng quyuları, pəncərəsiz bölmələr, qurbanın havasızlıqdan ölməsinə səbəb olan otaqlar, arxasında divar hörülən qapılar kimi bir – birindən fərqli tələlər qurur.

Qatil hotel olaraq istifadəyə verdiyi bu malikanəyə gələn müştərilərindən, hotel personalından və sevgililərindən qurbanlar seçir, öncə işgəncə edib ardından ağrılar içində, vəhşicəsinə öldürür. Qurbanlarının bəzilərini səs keçirməyən və qaz balonları ilə əhatə olunmuş otaqlara kilidləyir və beləliklə, istədiyi zaman onları oksigensiz saxlaya bilir. Bəzilərini isə ofisinin yanında olan böyük otağa kilidləyir və orada havasızlıqdan öldürür.

Holms qurbanların bədənlərini gizli bir oyuqdan zirzəmiyə aparır və cəsədləri burada xüsusi dəqiqliklə parçalayır. Ətləri sümükdən ayırır, əldə qayırma skeletlər hazırlayır və daha sonra da bu skeletləri tibb məktəblərinə satır. Beləliklə, dostlarının onda qoyduğu travmanı canından bu yolla çıxarmağa çalışır.

Holms Dünya Sərgisindən sonra kredit ödənişlərinin yaxınlaşması və iqtisadiyyatın böhran keçirməsindən sonra Çikaqonu tərk edir və Texasa gedir. Orada da Çikaqodakı kimi bir qəsr qurmağı planlaşdırır. Ama Texasda qanunlar daha sərt olduğu üçün bu fikrindən vaz keçir. ABŞ-da və Kanadada gəzintilərinə davam edən cinayətkar bu gəzintiləri zamanı öldürməyə də davam edir. O, bu dövrlərdə uzun müddət bir yerdə işlədiyi dülgər Benjamin Pitezel və üç övladını da qətlə yetirir. Hiyləgər Holms bir çox cinayətdə birlikdə hərəkət etdiyi Benjaminlə sığorta şirkətinə fırıldaq gəlmək üçün plan qurur. O, şirkətə Benjaminin öldüyünü bildirəcək və bu yolla 10.000 dollar alacaq. Benjamin buna razılaşır. Ancaq Holms cinayət ortağını həqiqətən öldürür. Ancaq bu cinayət həm də onun ələ keçməsinə zəmin yaradır. Benjaminin ölümünü araşdıran detektivlər onun həyat yoldaşını, iki qızını və bir oğlunu ölü halda tapır və Holmsu istintaqa cəlb edirlər. Polislər onun həyat yoldaşını sorğuya çəkir. Elə bu zaman məlum olur ki, Holms öz qızlarını Toronto şəhərində öldürüb və bir evin zirzəmisinə atıb.

Holmsun cinayət macərası 17 noyabr 1894-cü ildə Bostonda Pinkertonlar tərəfindən yaxalanmasıyla sona çatır. O, əvvəlcə sadəcə at satışı fırıldaqçılığında təqsirli bilinir. Daha sonra onun Çikaqoda malikanəsi olduğu ortaya çıxır və polis burada Holmsun bütün cinayətlərinə dair detalları tapır.

Holms Filadelfiyada fırıldaqçılıq üstündə həbs yatarkən, Çikaqo polisi də onun şəhərdə işlədiyi cinayətlərin izinə düşür. Filadelfiya polisi isə dülgər Pitezel və ailəsinin aqibətini ortaya çıxarır.

Holmsun Pitezel və ailəsinin qətli ilə yanaşı, Çikaqo, İndianapolis və Torontoda törətdiyi 30-dan çox cinayətin üstü, nəhayət ki, açılır. O isə iddiaları qəbul etmir və günahsız olduğunu, iblis tərəfindən istifadə edildiyini bildirir.

Lakin heç kim bu danışdıqlarına inanmır və Holms 1896-cı ilin 7 may tarixində Moyamensinq həbsxanasında asılaraq edam edilir. Holms ölənə qədər öz təmkinini pozmur. O, edam stolu itələndikdən sonra 20 dəqiqə nəfəs alır və sonda ölümə təslim olur. Ancaq ölümündən sonra da adı ilə bağlı olan əfsanələr bitmir.

Holmsun cinayət işləri ilə məşğul olan dedektiv ciddi bir şəkildə xəstələnir, saxlanıldığı həbsxana müdiri intihar edir, edama qərar verən məhkəmə sədri elektrikli stulda ölür, qurbanlarından birinin atası qazanın partlaması nəticəsində qorxunc bir şəkildə yanır, son dini ayinini idarə edən rahib sirli bir şəkildə kilsəsində ölmüş halda tapılır, Çikaqo Ədalət Sarayının içi tamamilə yanır və geriyə təkcə Holmsun rəsmi qalır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin