“Ötən gün Rusiyanın 10 tankını, 3 helikopterini məhv etmişik” – Ukrayna Baş Qərargahı

0
122

Rusiyanın Bryansk və Kursk vilayətlərinin sərhədyanı və buraxılış məntəqləri yerləşən rayonlarında mühəndis qurğularının quraşdırılması davam edir. Rusiya ərazisindən təxribatçı-kəşfiyyat qruplarının iştirakı və raket zərbələrinin endiriləcəyi istisna edilmir”, – məlumatda qeyd edilib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Siverski Donets çayının sol sahilində plasdarm və qoşunların operativ yerləşməsi üçün şərait yaratmaq üçün Zavod, Dmitrivka və Dibrovna yaşayış məntəqələri isitiqamətindən döyüşlər aparıb:

“Donetsk və Tavriya istiqamətində isə qarşı tərəf döyüş qabiliyyətini bərpa edir və ehtiyat toplayır. Rusiya Siversk və Pokrovsk yaşayış məntəqlərini atəşə tutmaqda davam edir.

Xerson vilayətinin inzibati sərhədinə daxil olması üçün rəqib döyüşü davam etdirir.

Ukrayna ərazisində düşmənin 87 taktiki taboru döyüş tapşırığı yerinə yetirir.

Ötən sutkada Ukraynanın müdafiəçiləri Donetsk və Luqansk vilayətlərində düşmənin 12 hücumunun qarşısını alıb, 10 tankını, 15 zirehli texnikasını, 5 avtomobilini, eləcə də 5 “T” sistemli artilleriyasını məhv edib. Son sutkada Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 5 hava hədəfini – bir təyyarəsini, 3 helikopterini və bir pilotsuz uçan aparatını sıradan çıxarıb”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin