RealMedia.az “Daily Star” nəşrinə istinadən xəbər verir ki, Bolqarıstanda sekslə məşğul olmaq koronavirusa qarşı ən yaxşı profilaktika hesab olunur.
Bolqar seksolok Natalya Kobılkina bildirib ki, yaşlı insanlar orqazm olmaması səbəbindən koronavirus infeksiyasına daha tez tutulurlar.
Onun sözlərinə görə, sevişmək xəstəliyin qarşısını alır, orqazm isə hətta öldürücü bir virusu məhv edə bilir. Bununla birlikdə seksoloq yaxşı seksin karmanı təmizlədiyinə və immunitetin sistemini gücləndirdiyinə inanır. Kobılkinanın sözlərinə görə, yaşlı insanlar koronavirus infeksiyasına dözmürlər, çünki cinsi əlaqədə olmurlar və orqazm yaşamırlar.