“Ordumuz artıq iki ayağı yaralı itə bənzəyir” – Paşinyanın yeni təyinatına sərt reaksiyalar

0
135

Bu gün Ermənistanın Təhlükəszilik Şurasının iclasında cəmi 3 ay əvvəl təyin olunmuş müdafiə naziri, general Arşak Karapetyanın vəzifəsindən uzaqlaşdırıldığı açılanıb. Baş nazir Nikol Paşinyan bildirib ki, bu qərarı ölkənin şərqində Azərbaycan Silahlı Qüvvələrinin erməni postlarını ələ keçirməsi ilə bağlıdır.

Baş nazir Karapetyanın postuna mülki şəxs, özünün müavini Suren Papikyanı təyin edib. Bu qərar Ermənistanda şok effekti yaradıb və Paşinyana qarşı tənqidlərə yol açıb. Erməni ekspertlərinin bir qisminin sosial şəbəkələrdə bu qərara verdikləri reaksiyaları təqdim edirk:

Vanoni Şirinyan: “Ordumuz ata itirmiş uşaq kimidir”.

Sergey Papovyan: “Qarabağ klanı öz vassalları ilə daxili vəziyyəti qarışdırır, düşmən də bundan sui-istifadə edir”.

Aram Şahbazyan: “Yazığım gəlir sənə, erməni dünyası”.

Karen Arutyunyan: “Ordumuz artıq iki ayağı yaralı itə bənzəyir”

Hayk Poqosyan: “Cənab Paşinyan, Annanı (Baş nazirin həyat yoldaşı-red.) müdafiə naziri təyin etsəydin bundan yaxşıydı…”

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin