Oqtay Şirəliyevdən sonra Yaqubun yuxusu ərşə çəkilib…- Səhiyyə nazirliyinin avtomobil qarajında nə baş verir?

0
164
Sovet dönəmində Səhiyyə nazirliyi sözün həqiqi mənasında “dövlətin içində  dövlət” idi. Nazirliyin  şəhərlərdə, rayonlarda, qəsəbələrdə, hətta ucqar kəndlərdə olan əmlakını siyahıya almaq mümkün deyildi. Nə qədər xəstəxanalar, dərman bazaları, təcili yardım maşınları, avtomobil qarajları, şəhər mərkəzlərində min hektarlarla  torpaq sahələri və daha nələr.
Müstəqillik illərində ilk səhiyyə nazirlərindən biri olan, sonra məhbus  həyatı yaşayan Əli İnsanov nə qədər satmağa, dağıtmağa çalışdısa da, bitib-tükənmək bilmədi.
16 ildir ( 2005-2021-ci illər ) Oqtay Şirəliyevin dövründə Səhiyyə  nazirliyinə məxsus əmlak satılır, hərraca çıxarılır, amma yenə nəsə qalıb.
Yuxarıda qeyd etdiyimiz kimi Səhiyyə nazirliyinin balansında yüzlərlə avtomobil, təcili yardım maşınları var idi. Bunların təchizatı üçün nazirliyin nəzdində Səhiyyə nazirliyinin Avtomobil qarajı var idi.
Bu qaraj Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi 8 ünvanda yerləşib. Və 2 hektar ərazini əhatə edir. Təkcə onu qeyd edək ki, bu torpağın qiyməti hazırda 3 milyon dollardır.
Bir neçə il əvvəl səhiyyə nazirinin müavini Elsevər Ağayevin həmin qarajı ələ keçirməsi ilə bağlı məlumat yayılmışdı. Hətta o məlumat da yayılmışdı ki, qarajı özəlləşdirmək istəyən Hikmət Məmmədov adlı birisi  Elsevər Ağayevin milyonlarını iş adamlarına  sələmə verir.
Sözün qısası, Səhiyyə nazirliyinin avtomobil qarajı ilə bağlı söhbətlər neçə ildir davam edir.
Oqtay Şirəliyevin nazir, Nigar Əliyevanın nazir müavini  olduğu illərdə avtomobil qarajında  bir salamat avtomobil qalmayıb. Ancaq Nigar xanımın az qala evinə benzin xətti çəkilib.
Bu illər ərzində qarajda söz sahibi Oqtay Şirəliyevin sağ əli Yaqub adlı şəxs olub. Nazirliyə sürücü işə qəbul etmək, qarajda abtomobil “spisat” etmək, ehtiyyat hissələri, benzin, avtomobil yağları və s hamısı Yaqubun əlində olub.
Son günlər, yəni Oqtay Şirəliyev nazir vəzifəsindən çıxandan sonra Yaqubun yuxusu ərşə çəkilib. Gecələr yata bilmir, oyanıb kimisə gözləyir. Bir sözlə, Yaqub yaman təlaş keçirir.
Niyəsini növbəti yazıda yazacağıq.
(gundelik-baku.com)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin