Oqtay Şirəliyevə müjdə: Səhiyyəmizdə daha bir utancverici olay

0
719
Şamaxı rayonunun Mərkəzi xəstəxanasından növbəti utanc verici olay baş verib.
 
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elxan Məmmədovun fəaliyyətində yol verdiyi ciddi qanunsuzluqlar aşrı dərəcədədir. Səhiyyəmizin adına ləkə gətirən Elxan Məmmədov kimi baş həkimlər barəsində heç bir ciddi ölçülər götürülmür. Bu isə günbə gün səhiyyəmizin fəaliyyətini kölgə altında qoyur.
 
Bunu redaksiyamıza ünvanlanmış vətəndaş şikayətindən də sezmək olur. Başına gələnləri bizimlə bölüşən Şamaxı rayon sakini qeyd edib ki, yeni doğulmuş körpəsinin vəziyyəti pisləşib, o körpəsini Aytən adlı növbətçi tibb bacısına göstərir, ancaq tibb tibb bacısı, yeni körpə dünyaya gətirmiş anadan üç manat istəyir. Pulunun olmadığnı deyən ana tibb bacısından bu cavabı alır; -“üç manat ver baxaq”…
 
Səhərisi gün dünyaya yeni körpə gətirmiş ana Xəstəxananın Doğum Şöbəsinin baş həkiminə gileylənir. Lakin Dogum Şöbəsinin baş həkimi Nəzakət xanımın verdiyi cavaba da heç də tibb bacısının cavabından fərqlənmir. Doğum şöbəsinin baş həkimi Nəzakət xanım da öz nəzakətsizliyini göstərərək tibb bacısını haqlı sayıb.
 
Daha sonra isə gileylənən ananın üstünə Gülçöhrə Məmmədova hücum çəkir və o da tibb bacısının haqlı olduğunu deyib. Yeri gəlmişkən xatırladaq ki, Gülçöhrə Məmmədova Baş həkim Elxan Məmmədovun həyat yoladışıdır və dogum şöbəsinin əsas kassirlərindən hesab olunur. Haqlı olduğu halda haqsız duruma düşən vətəndaş yeni doğulmuş körpəsini götürüb xəstəxananı tərk etdir. Onu da qeyd edək ki , körpənin dünyaya gətirməsi ücün ana 130 manat pul ödəyib.(Reportoyr.org)
 
Qarşı tərəfi də dinləməyə hazırıq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin