Onların Azərbaycana yolu bağlandı!!! – “Mədəni” müharibə xronikası

0
222

Bu gün Azərbaycanın apardığı Vətən müharibəsi, ölkəmizin vətəndaşlarını suverenliyinə və ərazi bütövlüyünə hörmət məsələlərində xüsusilə həssas edib. Bu suallar həmişə vacib və aktual olub, amma indi müharibə gedərkən, bir çox vətənpərvər, əsgər və zabit Vətənimizin azadlığı üçün canını qurban verəndə, Azərbaycanın seçdiyi yolun ədalətini şübhə altına almaq üçün ən kiçik cəhd belə, inanılmaz dərəcədə kəskin reaksiyaya səbəb olur.

Ölkəmizdə fəaliyyət göstərən bütün xarici, transmilli şirkətlərin nümayəndələri bunu anlamalıdırlar. Azərbaycan vətəndaşlarını xoşagəlməz şəkildə təəccübləndirən addımlardan konkret nümunələr gətirəcəyəm. 21 oktyabrda “McDonalds”-ın Azərbaycandakı rəsmi səhifəsində “Qarabağ Azərbaycandır” yazılı bir şəkl və “Bayrağımız Azərbaycanın bütün doğma torpaqlarının üzərində dalğalansın!” şüarı yayımlandı.

Daha əvvəl “BurgerKingaz” səhifəsində Qarabağ münaqişəsi ilə əlaqəli 2 post dərc olunmuşdu. Ancaq tezliklə bu yazılar silindi. Niyə? Çünki erməni tərəfi narazılıq etməyə başladı. “İyrənc. @McDonalds-ın Azərbaycandan franşizanı geri alması zamanı gəldi. Gəlin, bunlara təziq edək, camaat!”, – deyə “Twitter” səhifəsində erməni əsilli amerikalı rok musiqiçisi və “System of a Down” qrupunun vokalçısı Serj Tankyan yazdı.

Sadə və açıq şəkildə desək, “McDonalds” və “BurgerKing” erməni tərəfinin təzyiqlərinə uyaraq, Azərbaycanı dəstəkləyən postları sildi. Baxmayaraq ki, bu postlarda beynəlxalq hüquqa zidd olacaq bir şey yox idi. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistandan başqa bütün dünya üçün Qarabağ Azərbaycandır. Deməli, “McDonalds” və “BurgerKing” Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən postları qaldıraraq, Ermənistanla eyni mövqedə olduqlarını göstərdi.

Təbii ki, bu şirkətlərin belə hərəkətlərindən sonra ölkəmizdə bu müəssisələri boykot etməyə və Azərbaycandan qovmaqla franşizalarını ləğv etməyə çağırışlar edilir. Ancaq qəzəbə səbəb yalnız onların addımları deyil. “Johnson & Johnson”-un Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı terror rejimini maliyyələşdirdiyi barədə məlumatlar var.

Sosial mediada yayılan məlumatlara görə, şirkətin ingilis bölməsinin maliyyə direktoru Ani Akopyan, separatçı rejim üçün vəsait toplamağa başladı və “Johnson & Johnson”-un toplanan məbləğə 50% əlavə edəcəyini söylədi. Bu addımla şirkət Azərbaycanın mülki əhalisinə qarşı qadağan edilmiş kasetli bomba istifadə edən bir terror təşkilatını dəstəklədiyini nümayiş etdirmiş oldu.

Sosial şəbəkə istifadəçiləri “Johnson & Johnson”-a Akopyanın hərəkətlərinin araşdırılması və bu aksiyanın dayandırıması ilə bağlı məktublar göndərdilər. Əks təqdirdə şirkət tərəfindən istehsal olunan bütün malların Azərbaycana idxalına qadağa qoyulması təklif olunur. Və bu, doğru addım olacaq. Hamını Azərbaycana hörmət göstərməyə məcbur edə bilmək lazımdır.

Yeri gəlmişkən, bu, yalnız xarici şirkətlərə deyil, daha əvvəl müxtəlif festivallara, forumlara gələn, Azərbaycana olan sevgilərini etiraf edərək burada konsert verən ölkəmizin bir çox qonağına da aiddir. Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva “Facebook” səhifəsində çox düzgün və vacib bir yazı yazdı. O, Bakı Caz Festivalının təşkilatçılarında, Azərbaycan üçün bu çətin dövrlərdə bizə arxa çevirən bütün musiqiçilərin siyahısının olduğunu söylədi.

“Xarici ifaçılardan başlayacağam. Onların bəziləri Bakıda olanda yeyirdilər, içirdilər, gəzirdilər, ən yaxşı otellərdə qaldılar, üçqat qonorarlarını aldılar, sonra tezliklə bütün yaxşı şeyləri unutdular, münaqişə barədə heç bir xəbəri olmamış kimi bir mövqe tutdular. Başqaları da var, məsələn, Sarabski ilə bir neçə il ifa edən tanınmış ərəb caz ifaçısı Dafer Yusif indi erməni separatçılarının lehinə təxribat xarakterli bir konsert çərçivəsində çıxış etdi. O, Bakıda olmayıb və olmayacaq da. Bu barədə sosial şəbəkələrdə məndən soruşurlar. Buna görə cavab verirəm ki, bu musiqiçilər üçün caz festivalı vasitəsilə Azərbaycana gedən yol əbədi bağlıdır. Və bu “mədəniyyəti siyasətə qatmamaq”la bağlı bütün danışıqlar heç bir nəticə verməyəcək. Müharibə bizə kimin kim olduğunu açıq şəkildə göstərdi, hər şeyi görürük və nəticə çıxarırıq”, – dedi Leyla Əfəndiyeva.

Bakı Caz Festivalının direktoru, ölkənin xeyrinə bir söz deməyən “azərbaycanlı” musiqiçilərə də toxundu: “Biz mədəniyyət adamlarıyıq və sair …” və ya “qonşu millətdən çox dostum var” və ya “sabah xaricdə konsertlərim olacaq və sonra…” kimi bəhanələri qəbul etmirik. Hər kəsin baş verənlərə münasibətini göstərməli olduğu zaman gəlib. Musiqiçi, tarixçi və ya satıcı. Heç bir orta yol yoxdur və ola da bilməz. Bu gün susmaq daş ürək və kirli vicdana sahib olmaq deməkdir”.

2009-cu ildən bəri keçirilən Qəbələ Klassik Musiqi, Caz və Muğam Festivalının xarici iştirakçıları haqqında da eyni şeyi söyləmək məntiqlidir. Koronavirus səbəbindən bu il keçirilmədi. Ancaq əvvəlki illərdə festivalın qonaqları və iştirakçıları dünyanın dörd bir tərəfindən onlarla, hətta yüzlərlə ifaçılar idi. Onların arasında Denis Matsuev və Oksana Yablonskaya kimi dünyaca məşhur sənətkarlar var idi. Bəs, indi hamısı haradadır, Azərbaycanı dəstəkləyən səsləri haradadır? Buna bənzər bir şey yoxdur.

Eyni qaydada Bakı Beynəlxalq Muğam Festivalının və əlaqədar musiqi janrının iştirakçıları və qalibləri də susurlar. Ancaq bunlar həm də müxtəlif ölkələrdən gəlmiş, Bakını gəzərək paytaxtımızın gözəlliyindən, azərbaycanlıların qonaqpərvərliyindən, mədəniyyətimizin əzəmətindən məmnunluq hissi ilə boğulan yüzlərlə mədəniyyət nümayəndələridir. Bütün bunları, Azərbaycanı dəstəkləməklə, ölkəmizin belə çıxışlara ən çox ehtiyac duyduğu vaxtda söyləmək lazımdır, daha sonra yox.

Bu yazılı həqiqət hər il keçirilən “Jara” festivalının iştirakçıları üçün də aktualdır. Bəli, festivalın təşkilatçısı Emin Ağalarov düzgün, vətənpərvər mövqe tutdu. Bəs, filipp kirkorovların, qriqori lepslərin, aleksey çumakovların və digər zaraların səsləri haradadır? “Nəfəs almırlar”, səssizlik oyunu oynayırlar. Gələcəkdə bu bəyləri və xanımları ölkəmizə dəvət etməyin mənası varmı? Bu qərarı Emin Ağalarov verməlidir, amma bu insanların bizə qarşı vicdansızlıq etmələri şübhəsizdir.

Yeri gəlmişkən, eyni münasibət çoxsaylı müxtəlif elmi və praktik konfransların iştirakçılarına, fərqli “siyasi qonaq”lara da sərgilənməlidir. İndi səssiz qalanları gələcəkdə Azərbaycana dəvət etməyin heç bir mənası yoxdur. Qoy “damlalar arasında manevr etmək üçün” özlərinə başqa məkanlar axtarsınlar.

Müəllif: Əkbər Həsənov (ayna.az)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin