“Ondan nəyim əskikdir?” – Cavanşir Məmmədov özünü İbrahim Tatlısəslə müqayisə etdi

0
78

ATV-də yayımlanan “Gündən günə” verilişinin qonaqlarından biri müğənni Cavanşir Məmmədov olub.

“RealMedia.az” xəbər verir ki, sənətçi yenə də maraqlı açıqlama verərək diqqəti cəlb edib. Əməkdar artist aparıcı Əkbər Əlizadənin “67 maşınınız olub” sualına belə cavab verib. “Atam Əməkdar artist idi, 40-cı illərdə musiqiçilər arasında birinci maşını o, alıb. Avtomobillərə maraq atamdan mənə keçib. Futbolçu olmuşam, “Neftçi”nin qapısını qorumuşam. Qolum sındığına görə davam edə bilmədim”.

Cavanşir Məmmədov kolleksiya yığmadığını, sadəcə tez-tez maşın dəyişdiyini deyib:

“Kolleksiya yığmıram. Bu günə kimi 67 ədəd maşın alıb, satmışam. İki avtomobilim var, birini oğlum, digərini özüm sürürəm. 46 il sənətdə olan adam üçün normaldır.

İbrahim Tatlısəsin təyyarəsi var. Ondan nəyimiz əskikdir? Bizim də ölkəmiz inkişaf edir. Bizə maşın bağışlamırlar. Alnımızın təri ilə qazanıb almışıq”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin