“Ona qarşı hisslərimi…” – Tacir və Fədayə bir-birindən xəbərsiz efirə çağırıldı, görün nələr oldu – Video

0
814

Bir neçə gün öncə efirdə İlahə Fəda ilə qalmaqal yaşayan müğənni Tacir Şahmalıoğlu onun bacısı Fədayə Laçınla eyni verilişdə qonaq olub.

“RealMedia.az” xəbər verir ki, ifaçılar “Xəzər TV”də yayımlanan “5/5” verilişində qonaq olublar. Bir-birindən xəbərsiz dəvət olunan sənətçilər görüşüb və məsələyə aydınlıq gətiriblər.

T. Şahmalıoğlu İlahə Fəda ilə qalmaqal yaşasa da, Fədayəni hər zaman  sevdiyini, aralarında inciklik olmadığını deyib:

“Mən Fədayəni çox istəyirəm. Mən hər hansı bir insan deyiləm, onun ustadıyam. Fədayə mənim üçün elə bir dostdur ki, biz tonla çörək kəsmişik. Biz heç vaxt küsməmişik, inciməmişik. O həbsxanada olanda dəfələrlə can atdım Fədayə ilə görüşməyə, dedilər ki, imkan yoxdur, getsən də, görüşə bilməyəcəksən. Amma arada maneə törədənlər də, mən indi burada hər şeyi açıb-tökmürəm. Yüz min insan da gəlsə, mənim Fədayəyə qarşı olan hisslərimi, dostluğumu poza bilməz. Fədayə uman qız deyil, o özü 50 kişiyə bərabərdir. Mən bilirəm ki, o heç vaxt məni qəlbindən silib ata bilməz, çünki mən onun ustadıyam. Bunu silib atmaq mümkün deyil ki…”

Xatırladaq ki,Tacir Şahmalıoğlu ilə İlahə Fəda arasında olan qalmaqal bir neçə gün öncə “Ona qalsa” verilişində yenidən alovlanıb. İ.Fəda haqqında tənqidi fikirlər səsləndirən T.Şahmalıoğlunun sözlərini  cavabsız qoymayan xanım ifaçı studiyaya zəng edib. “Qısa deyəcəm: İt hürər, karvan keçər. Bu qədər” – deyə, Fəda bildirib və dəstəyi asıb.

Həmin görüntüləri təqdim edirik:

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin