Ölkəyə təhlükəli sintetik qida gətirən Əbülfəz Məlikovu kim, necə qoruyur? – MEDİAYA QADAĞA

0
3652

Azərbaycan iqtisadiyyatında “Broker MMC” deyilən  bir qurum və Əbülfəz Məlikov adlı oliqarx  kabus kimi dolaşmaqdadır. Azad rəqabətin olmadığı, inhisarçılığın meydan suladığı bazarda qiymətlərin bahalaşmasının əsas səbəbkarlarından biri də məhz Əbülfəz Məlikov və onun monopolist şirkəti “Broker” MMC-dir.

RealMedia.az bildirir ki, ölkədə əsas monopolistlərdən biri kimi tanınan Əbülfəz Məlikovun adı hətta qonşu ölkələrin maliyyə polisinin siyahısına düşüb. Məsələn, Gürcüstan hüquq-mühafizə orqanları dəfələrlə bu adamı saxlayıb. Məlumata görə, (google-də axtarış verib tapmaq olur) Çindən ölkəmizə sintetik qida məhsullarını da gətirən yenə də Əbülfəz Məlikov olub. Hətta təhlükəli “Tulçinka” yağlarından tutmuş bir çox məhsulları ölkəyə gətirən bu oliqarxın qorxunc əməlləri ilə bağlı ardıcıl yazılar dərc olunandan sonra Vergilər Nazirliyi onu külli miqdarda cərimələyib. Vəziyyət o həddə çatıb ki, Məlikovu müdafiə edən şəxslər ona sahib dura bilməyiblər. Ona görə də qarşısına isə şərt qoyulub ki, onunla bağlı məqalələr ölkə mediasından təmizlənsin. Əbülfəz Məlikov məcbur medianı zərəsizləşdirilib. Bəzi iddialara görə, artıq demək olar ki, Əbülfəz Məlikovdan heç kim yazmır, çünki hamıya aylıq paket göndərilir. Hətta ölkənin tirajlı media orqanları da bu mövzuda bir cümlə yazmır. Çünki bu məmurun himayədarları media üzərində öz nəzarətlərini gücləndiriblər. Bu isə biabrıçılıqdır.

RealMedia.az

http://sonolay.org/index.php?newsid=18851

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin