“Ölkədə 24 saat ərzində zəlzələlər ola bilər” – Qurban Yetirmişli

0
796
“Bu gün yeraltı təkanların episentri Ağdam ərazsində – Quzanlı kəndi ərazisinə düşür. Zəlzələnin dərinliyi 25 km.-dir”.

Realmedia.az xəbər verir ki, bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli “Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, yeraltı təkanlar digər rayonlarda da hiss edilib.

“Ümumilikdə zəlzələnin gücü hardasa 6 bala olub. Zəlzələ orta güclü hesab edilir. Yeraltı təkanlar respublikanın çox rayonlarında hiss edilib. Ağcabədi, Beyləqan, Mingəçevr, Gəncə, Qəbələ, Şəki, Zaqatala rayonlarında hiss edilib. Yeraltı təkanlar ətraf rayonlar üzrə 3-4 bal gücündə hiss edilib”, – deyə Q.Yetirmişli bildirib.

Alimin sözlərinə görə, yeraltı təkanlar 24 saat ərzində davam edə bilər: “Bundan sonra da avterşoklar davam edəcək. İnsanlar narahat olmasınlar. Zəlzələ dağıdıcı deyil”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin