Filippin 2016-cı ildə Nyu-Yorkda terror aktı planlaşdırmaqda şübhəli sayılan 37 yaşlı vətəndaşı Rassel Saliki ABŞ-a ekstradisiya edir.
Bu barədə “Philippine Daily Inquirer” nəşri Filippin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi ABŞ, Kanada və Filippinin 3 vətəndaşını 2016-cı ilin yayında Nyu-Yorkda terror aktı həyata keçirməyə cəhd göstərməkdə günahlandırır. Onların Nyu-Yorkda metroda və Ramazan bayramına həsr olunmuş mərasimdə terror aktı törətməyə cəhd etdikləri bildirilir.