Pivə içənlərin gözü aydın: NZS pivəsinin qiyməti qalxdı…

0
391

Azərbaycanda populyar alkoqollu içkilərdən biri olan pivənin ən iri istehsalçısı Azərbaycanda pivə istehsalının əsası XX əsrdə Yelenendorfda yaşayan almanlar tərəfindən qoyulub. Hazırda ölkəmizdə ən böyük pivə istehsalçısı olan “Carlsberg Azərbaycan” şirkəti 18 may 2021-ci il tarixdə Azərbaycan İqtisadiyyat Nazirliyi ilə bağladığı müqaviləyə əsasən 2021-2025-ci illər ərzində pivə istehsalının inkişafına 25 milyon manatdan çox qoyacaq. 2021-ci ildə “Carlsberg Azərbaycan” tərəfindən ilk dəfə yerli arpadan pivə istehsal olunub.

Haqlı olaraq bu qənətə gələ bilərik ki, əgər xammal özümüzünküdürsə, hazır məhsul baha olmamalıdır. Amma yox, artıq müşahidə olunur ki, 2022-ci ilin isti ayları yaxınlaşınca pivənin qiyməti artırılır və yenə də haqlı olaraq hesab etmək olar ki, bu artım sünidir. Digərlərinə nisbətən onsuz da baha satılan NZS pivəsinin (“NZS BEER” – Azəri MMC) də 30 litlik çəlləyinin qiyməti 56 manata, 50 litrliyinin qiyməti isə 90 manata qaldırılıb. Beyləqanda fəaliyyət göstərən bir kafe sahibi bildirir ki, pərakəndə satıcının öz növbəsində bakalın qiymətini artırması müştəri tətəfindən müqavimətlə qarşılanacaq. Bundan başqa, qiymət artımı azmış kimi, müştərilərin sözlərinə görə, NZS pivəsinin əvvəllər təriflənən, əhaliinin rəğbətini qazanan keyfiyyəti də indi arzuolunan səviyyədən aşağı düşüb.

Əsas məsələ hökumətin bu qiymət artımına reaksiyasıdır. Hökumət isə tütün və alkoqollu içki istehsalçılarına və satıcılarına “yaşıl işıq” yandırıb. Ümumiyyətlə, cəmiyyətdə belə bir stereotip formalaşıb ki, bu məhsullarıpn istehlakçılarını nə qədər mümkünsə “soymağın”, ciblərinə girməyin yeri var. Çünki adları bədnam olan bu zərərli vərdişlərin aludəçiləri həm öz ciblərinə, canlarına, həm də müəyyən qədər də ətrafdakılara zərər vururlar. Hərçənd, nə qədər paradoksal olsa da, bu sahələrin inkişafı, istehsal stimullaşdırılır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin