Niyazi Bayramovdan soruşan lazımdır ki, Mingəçevirdə icra başçısı olanda Kürün sahilində obyekt tikdirənlər üçün torpağın 1 sotunu 20 min manata satırdın, indi əlin aşağıdır?
Şəhidin anası səndən kirayə pulu istəyir, onu verməyə imkanın yoxdurmu, Niyazi Bayramov?
Gəncə şəhərindəki abadlıq və quruculuq işlərini “ELEGANT” MMC-yə vermisən. Niyə?
Sənə nə qədər “otkat” verirlər?
Şəhid anasını aylarla qapıda gözlədirsən, qəbul etmirsən, deyirsən “sənə verməyə işim yoxdur”…Bəs, sənədləri başdan-ayağa saxta olan, əmək kitabçası qaralanmış cavan xanımı MÖTƏBƏR ŞƏXSİN XAHİŞİ ilə bağçaya necə müdir təyin edirsən?
Cənab Bayramov, həmin cavan xanım riyaziyyat fakültəsini bitirb və Gəncə Müəllimlər İnsitutunda İNGİLİS DİLİ dərsi keçib.
Bu necə olur, cənab Bayramov?
Riyaziyyat müəllimi necə ingilis dili dərsi keçib?
Riyaziyyat müəllimi hara, bağça müdirəsi hara?
Deyəsən onun da müdirə olmağı, sənin polkovnik olmağın kimidir.
Cənab Bayramov, qanunsuz bağça müdirəsi təyin etdiyin cavan xanımın qohumları, anası, qardaşı, əmisi oğlanları Almanıyada siyasi mühacir kimi oturub hakimiyyəti söyürlər, Azərbaycan əleyhinə təbliğat aparırlar, xaricdə dövlətimizin əleyhinə piket təşkil edirlər. Bunu sən görmürsən, cənab başçı?
O cavan qızı səndən xahiş edən mötəbər şəxs də bilmir bunları?
Oğlu vətən uğrunda şəhid olan ananı qəbul etmirsən, ancaq VƏTƏNİ biabır edənlərə qucaq açırsan…
Bağça müdirəsi qoyduğun xanım heç öz halal əri ilə yola getmir, polisə şikayət edir, ərinin bahalı avtomobilini dəmirlə əzir-xarab edir…
Öz ailəsində bu cür olan birisi körpə balalara necə tərbiyə verəcək, cənab Niyazi müəllim ?
Siz o körpələrin də gələcəyini məhv edirsiniz.
Ötən il erməni raketi ilə evləri dağıdılan Gəncə sakinlərini aldadıb kağız-kuğuza qol çəkdirirsən.
Evi dağılan Gəncə sakininə 6 min manata qol çəkdirib 1500 manat verirsən.
Cənab Bayramov, heç olmasa, səni o boyda vəizfəyə təyin edən Prezidentin sözlərini yada sal:
Xalqdan qorxmursunuz, barı Allahdan qorxun…
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.
Baş səhifə
Gündəm Niyazi Bayramov Almaniyadakı siyasi mühacirin bacısını bağça müdirəsi qoyur… – Amma şəhidin...