Koronavirusa yoluxmuş şou-biznes nümayəndələrinin siyahısına bir məşhur imza da əlavə edilib. Əməkdar artist Nigar Şabanova virusa yoluxub.
Adalet.az xəbər verir ki, Nigar özü bu barədə sosial media hesabında yazıb.Xəstəliyi ilə bağlı paylaşdığı fotoya bu sözləri də əlavə edib: “COVID məndən də yan keçmədi. Dostlar, özünüzü qoruyun. Çox ağırdır, olduqca ağırdır, insanın nəfəsi dayanır, ağrılarına dözmək də bir ayrı çətindir” sözlərini yazıb.
Ümumiyyətlə son iki ildə sürətlə yayılan COVID-19 infeksiyası məşhurlardan da yan keçməyib. Şou-biznesin tanınmış simaları bir-birinin ardınca virusa yoluxduqlarını etiraf ediblər.
Koronavirusa yoluxan sənət adamlarının siyahısı:
Müğənni Elçin Hüseynov tək özü yox, ailə üzvləri də virusa yoluxublar.
Əməkdar artist Lalə Məmmədovanın qızları və valideynləri də COVID-19-a yoluxub.
Müğənni Manaf Ağayev koronovirus testinin pozitiv olduğunu sosial şəbəkədə yazmışdı.
Xalq artisti Nəzakət Teymurova da virusa yoluxan məşhurlardandır. Xanəndə bir müddət xəstəxanada müalicə olunub.
Aparıcı Aydan Axundova , aktrisa Şəhanə Yusifova , dicey Tural Yusifovun xanımı, tanınmış bloqqer və İTV-nin aparıcısı Səma Abıyeva , ATV-nin aparıcısı Fərid Rəsul, aktyor Tərlan Nur Yaşar, rəqqasə Fatimə, rəqqasə Renka və s. koronavirus olan məşhurlardandı.
Bildiyiniz kimi, əməkdar artist Bəhram Bağırzadə də COVID-19-a yoluxmuşdu. Xəstəliyi ağır keçirən aktyor hətta süni nəfəs aparatına qoşulmuşdu.
Əntiqə RƏŞİD