Brent markalı neftin qiyməti 2003-cü ilin sentyabr ayından bəri ilk dəfə 25 dollardan aşağı düşüb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 20:30-da, Londonda keçirilən hərracda, Brent markalı neftin qiyməti 24,75 dollara enib. Bu gün Brent nefti 15% ucuzlaşıb.
ABŞ xam neftinin (Texas, WTI) qiyməti isə 22 dollardan da aşağı düşüb, 30% ucuzlaşaraq 20.56 dollara geriləyib.
Neft qiymətlərinin 18-20 dollar səviyyələrinə düşə biləcəyi proqnozlaşdırılır.
***
“Brent” markalı neftin bir barelinin qiyməti Londonun ICE birjasında 13,3 faiz ucuzlaşıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu markadan olan neftin qiyməti hazırda 24,9 ABŞ dollarına düşüb.
Sonuncu dəfə bu markalı neft 2003-cü ilin mayında bu qiymətə satılıb.
Agentlik bildirib ki, WTI markalı neftin qiyməti də 21,3 faiz ucuzlaşıb və hazırda bu markalı neftin bir barelinin qiyməti 21,5 ABŞ dollarıdır. WTI markalı neft sonuncu dəfə 2002-ci ilin martında bu qiymətə satılıb.