“Neft daşlarında işləyən şəxslərlə bağlı məsələ müzakirə olunub və SOCAR-a tapşırıq verilib”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, quruma tapşırıq verilib ki, onlar bu işi maksimum insanların təhlükəsizliyinin təmin olunması şərti ilə həyata keçirsinlər.