Nazir getdi: Azər Süleymanovun başı üzərində “qara bulud”lar – Şok təfsilat

0
1265

Kənd təsərrüfatı naziri postuna İnam Kərimov təyin olunduqdan sonra ciddi dəyişikliklər gözlənilir

FİA.Az-ın əldə etdiyi məlumata görə, Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisi Azər Süleymanovun başı üzərində “qara bulud”lar dolaşır.

Heydər Əsədov vəzifəsindən azad olunduqdan sonra Azər Süleymanovun da işini itirəcəyi tükdən asılıdır.

Hətta Qida Təhlükəsizliyi Agentliyi yaradıldıqdan sonra Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ləğvi gözləniləndir.

İ.Kərimovun A.Süleymanovla işləmək istədiyi inandırıcı görünmür. Çünki baş baytar keçmiş nazirin fəaliyyətinə bağlı bir məmurdur və ölkədə bazar, rüşvət qəssanxanası açıb.

Amma dövlət başçısı İ.Kərimovdan aqrar sektorda, KTN-nin innovativ inkişafında ciddi islahatlar gözləməkdədir. Bu baxımdan QTA da olduğu üçün DBNX çox güman ki, demontaj ediləcək.

Azər Süleymanovun vəzifə kreslosundan “yararlanaraq”necə milyonçu olması, ölkəyə gətirərilən yararsız vaksinlərin malqaranın xəstəlilərdən qorumaması nəticəsində heyvan sahiblərinə külli miqdar zərər dəyməsi bu sahənin inkişafına zərbə vurub.

Dövlət Baytarlıq Nəzarəti Xidmətində sahibkarlara əlavə problemlər yaradılır. Bütün heyvan mənşəli məhsulların, diri heyvanların, heyvan yemlərinin, baytarlıq preparatlarının idxalına və dəri xammalın ixracına icazə üçün hərsinin öz “qiyməti” olmaqla əlavə ödənişlər tələb edilir.

Göygöl rayonunda ona məxsus “Karusel” İstirahət Mərkəzindən mətbuat dəfələrlə bəhs edib. Ona görə də yeni islahatçı nazirin onunla işləməsi məntiqli görünmür.

Qida Təhlükəsizliyi Agentliyi Baytarlıq Xidmətinin ləğvini zəruri edir. Yaxın vaxtlarda nazir vəzifəsinin icrasına başlayacaq.

İ.Kərimov nazir postunda tamamilə oturuşduqdan sonra reformalara gedəcək. Bu islahatlardan biri də A.Süleymanovla vidalaşmaq olacaq.

İddialara görə Azər müəllimin səhətində ciddi problemlər onun Mehdiabad kəndində böyük villanın tikintisin başa çatdırmasına, Bakı şəhəri, Binəqədi rayonu S.S.Axundov küçəsi, 7C ünvanında “İsmayıloğlu” MTK-nın inşa etdiyi hündür mərtəbəli binanın iki mənzilinin alması üçün “maneçilik” törətmir.

Azər müəllimi durduran tapılmasa sahlbkarların incidilməsi nəticəsində o, hələ çox villa, restoranlar, yapdıracaq.

Məmurlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyəndə, korrupsiyalaşanda, vəzifəsi olan işi görmək müqabilində rüşvət alanda və səlahiyyətlərindən sui-istifadə edəndə tez-gec cəzalarını alacaqlar.

Lakin cənab Prezidentin 10 fevral 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaradılması Dövlət Baytarlıq Nəzarəti Xidmətinin “çörək təknəsindən qidalanan” bir çoxlarını məyus etdi.

Belə ki, Prezidentin müvafiq Sərəncamı ilə Azər müəllimi Göygöl rayonundan mərkəzə rəis vəzifəsinə “şirnikdirən” heyvan mənşəli qida məhsullarının ölkəyə ixrac və idxalına izazə verilməsi səlahiyyətləri Dövlət Baytarlıq Nəzarəti Xidmətindən alınaraq, yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyinə verildi.

Azər Süleymanovun növbəti gedişlərindən biri də Respublikanın rayon və şəhərlərindən Bakı şəhərinə satılmaq üçün gətirilən heyvan cəmdəkləri ilə bağlı yaratdığı “ƏT şousdur”.

Son zamanlarda efirlərin daimi müştərisinə çevrilən A.Süleymanov Bakıya gətirilən heyvan ətlərinin güya insan qidasına yaramadığını aşkar edərək qarşısını almışam “şousu” ilə sahibkarlara küllü miqdar zərər vurmuşdur. Azər müəllim müntəzəm olaraq “at əti aşkar etmişəm” çıxışı ilə xof yaradır.

Bu idarənin tamamilə korrupsiyalaşması və yerli şöbələrinin soyğunçuluq yuvalarına çevrilməsi barədə şikayətlərin kütləviləşdiyi bildirilir.

Yuxarılara çatan şikayətlər toplusu ilə əlaqədar analizlər aparılır və qurumun ləğvi gündəmə gəlib.

Mütəxəssislər də Dövlət Baytarlıq Xidmətinin Səhiyyə Nazirliyinə verilməsini təklif edirlər. Bu, büdcə vəsaitlərin ciddi şəkildə qənaət demək olacaq.

Obyekt sahibləri, iş adamları idarə əməkdaşlarının özlərini vergi müfəttişi, prokurorluq əməkdaşı kimi apardığını, sanki istintaq hərəkətləri edən müstəntiq kimi davrandığını deyirlər.

Onların sözlərinə görə, baytarlıq şöbəsinin əsassız yoxlamalarından və qanunsuz tələblərindən boğaza yığılıblar.

Bu qurumun ləğv edilərək səlahiyyətlərinin Səhiyyə Nazirliyinə verilməsi tamamilə mümkündür.

Nazirliyin tabeliyində bir qurum antisanitariya və s.xidmətlərə nəzarət edə bilər. Hökumət planlaşdırır ki, bir neçə nazirlik və komitə saxlansın.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin