Nazir Bakı şəhər Baş Polis İdarəsinə rəis müavini təyin etdi

0
52

Daxili işlər orqanlarında yeni təyinat olub.

RealMedia.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə Mingəçevir şəhər Polis İdarəsinin rəisi Teymur Hacıyev tutduğu vəzifədən azad edilərək Bakı şəhər Baş Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək həmin vəzifədə çalışan Elxan Həsənov iki gün əvvəl tutduğu vəzifədən azad edilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin