Nazarbayev: Suriyaya əsgər göndərəcəyik

0
631

Qazaxıstan prezidenti Nazarbayev, Birləşmiş Millətlər Təşkilatının qərar verəcəyi halda Suriyaya əsgər göndərəcəklərini bildirib.

Prezident Nazarbayev, paytaxt Astanadaki Akorda sarayında keçirdiyi mətbuat konfransında, Suriyayla bağlı suala cavab verərkən bildirib ki, Suriya mövzusunda 6-ci Astana toplantısı bu gün başlayıb. Astanadaki danışıqların nəticəsində Suriyada bəzi bölgələrdə atəşkəs əldə olunub. Birləşmiş Millətlər Təşkilatı (BMT) bəzi qüvvələri Suriyaya göndərmə qərarı alarsa biz BMT üzvü kimi ora öz əsgərlərimizi göndərəcəyik.

Prezident Nazarbayev, Suriyadakı müharibəyə görə, çox sayda insanın öldüyünü və qaçqın  düşdüyünü vurğulayıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin