NATO-nu yeni dövrə hazırlamaq qüdrətimiz daxilindədir!

0
61

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “Qlobal Problemlər dönəmində Türkiyənin NATO-ya baxışı” adlı məqaləsində yazıb.

“NATO-nun strateji baxış bucağı kifayət qədər geniş götürülməlidir. Bu, eyni zamanda konkret və bir məqsədə yönəlik olmalıdır. Hibrid müharibə bacarıqlarının artdığını nəzərə alsaq, ittifaqın qarşılaşdığı çətinliklər olduqca qarışıq görünməkdədir. Bununla yanaşı, NATO-nu yeni dövrə hazırlamaq da bizim qüdrətimiz daxilindədir. Yeni konsepsiya NATO müttəfiqləri arasındakı fərqlilikləri özündə ehtiva edən mexanizmlər yaratmalıdır. Yeni mexanizm COVİD-19 epidemiyası ilə yanaşı, qlobal və milli mənafeləri uzlaşdırma kimi qabaqcıl məsələləri də həll etmək iqtidarında olmalıdır”, – deyə Altun bildirib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin