NATO bu bölgədə əsgər sayını artırır – Yeni təlimlər başlayacaq

0
765

NATO 2018-ci ildə Əfqansıtanda xidmət edən əsgərlərinin sayını artıracaq.

Bu barədə NATO-nun sözçüsü Cens Stoltenberq “Assoşeytid Press” agentliyinə açıqlamasında danışıb.

O, NATO müttəfiqlərinin Əfqanıstana daha çox əsgər vəd etdiyini deyib və 2018-ci ildə 13 000 üzvü olan ordunun 16 000-ə çıxarılacağını qeyd edib.

Sözçünün bildirdiyinə görə, birliklər müharibə əməliyyatlarında iştirak etməyəcək. Xüsusilə, özəl qüvvələr yetişdirmək və qarşıdurmalarda zəifləmiş ölkənin hava müdafiəsini qurmaq üçün əfqan təhlükəsizlik qüvvələrinə dsətək olacaq və təlimlər keçəcək.

Zümrüd

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin