Muxtar Babayevin ağac, balıq və kabab simfoniyası – Trioada…

0
169

Hörmətli, Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin olunanda elə bir səs-küy yaratdı ki, gəl görəsən. Agac əkənləri ağac kəsənlərə, damından tüstü çıxanları kabab bişirənlərə qarışdıran nazirin ardıcıl əmr və göstərişləri vahimə yaratmışdı. 

O zaman əksəriyyət elə başa düşürdü ki, bəs Ekologiya və Təbii Sərvətlər nazirimiz, əzəmətli Muxtar Babayev bütün problemlərin axırına çıxacaq, agac əkən olsa da agac kəsən olmayacaq.  Amma ki… Bəli, əmması odur ki, bu gün yenə elə həmin vəziyyətdir. Vəziyyət odur ki, agac əkənlər yenə agac kəsənlərə, tüstü çıxaranlar da öz işlərində, öz əməllərindədirlər. /Bizimxeber.az/

Yadıma gəlir, Nərimanovdakı Atatürk parkındakı ağaclar lütlənən zaman (orda onlarla agac kəsildi) bu sahənin mütəxəssislərindən olan şəxs bildirmişdi ki, agacları elə budamaq o deməkdir ki, 1-2 aya qurusun. Yəni məqsəd agacı tək lütləmək deyil, həm də qurutmaqdır.

Bu günlərdə ofisimizin arxa tərəfində, Xətai rayonu, Süleyman Mikayılov küçəsində yeni tikilən əzəmətli binanın qarşısındakı agacların 1 saatda hara qeybə çəkildiyi ilə maraqlandım. Əvəllər bu ərazidə balaca park var idi və uşaqlar oynayırdı. İndi isə orda nə park var, nə də ağac. Hələ üstəlik binanın qabağındakı agacları gündüzün günortasında, hamının gözü qarşısında qanına qəltan ediblər.

Orda işləyən fəhlələr bildirir ki, kimsə bu “qətliam”ın videogörüntülərini də çəkib. Amma üzə çıxarmağa qorxur. Daha sonra öyrəndim ki, bu binada Təhsil Mərkəzi fəaliyyət göstərəcək. Bəs görəsən, bu agacların taleyi ilə maraqlanmalı olan Muxtar Babayev yoldaş o agacları qıran və ya qırdıran hörmətli adama nəsə deyə bilər? Ordakı ağacların hara yoxa çıxdığını soruşa bilər? Çətin məsələdir. Sözügedən ərazinin əvəllər necə sıx yaşıllıq olduğunu subut edən konkret faktlar var.

Daha bir maraqlı fakt:

Muxtar Babayev yeni nazir təyin olunduğu vaxt yay aylarına təsadüf etmişdi. O zaman nazir kimi ilk qərarı may ayında dənizdə balıq ovuna qadaga qoyması idi. Bu işin qanuni tərəfidir. Yəni balıqların kütü tökən vaxtə dəniz bağlı elan edilir. Amma o zaman bu əmr sadəcə kasıb-kusuba şamil edildi. Bir-iki axçalı balıq ovlayıb ailəsini dolandıran adamlar həbs olundu, cərimələndi və sairə. Yerdə qalan motorlu dənizçilər iş başında oldu. Gecə gündüz bu gözəlim Xəzərin altını-üstünü, dərinini-dayazını tut kimi qırdılar.

O zaman hər kəs bildirirdi ki, nazir yenidir hələ sahəni dəqiq bilmir deyə işbazlar onu aldadır. Bəs bu il nə baş verir? Nazir yenə də yenidir? Yenə işbazlar var? Nazirin əmri ilə balıq ovu sentyabr ayına kimi qadağan edilib. Bu qadağaya kimlər əməl edir? Ümumiyyətlə, gecə və gündüz dənizdə balıqlar necə soyqırıma məruz qalır?

Nazir Muxtar Babayev baş verənləri öz gözləri ilə görmək istəyir? Uzaga, rayona getməyə ehtiyac yoxdu. Hövsan və Zığa getməklə balıq soyqırımın şahidi ola bilər. Amma gərək elə getsin ki, bu barədə heç kimin xəbəri olmasın. Əgər kimsə bilsə ki, nazir gələcək, elə öz işbazları balıqçılara xəbər verəcək ki, qaçın…

Diqqət edin!

Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Bu qərarın 12-ci bəndi…

Qadağandır:

balıqovlama biletləri olmadan sənaye məqsədləri ilə balıqların ovlanması;

nəsli kəsilmək üzrə olan qiymətli balıq növlərinin (kələmo, poru, ilanbalığı, dəniz sufu, qızıl xallı) sənaye məqsədləri ilə ovlanması.  Sənaye məqsədləri ilə balıq ovunda bu balıqlar ov alətinə düşdüyü halda, onlar suya buraxılmalıdır (ölmüş balıqların balıqçılıq  sənayesi tərəfindən qəbuluna icazə verilir);

əlverişsiz hava şəraitində balıq ovu;

balıq ehtiyatlarından istifadəyə görə ödəmələr verilmədən balıqların ovlanması;

qadağan edilmiş vaxtda və ya icazə verilməyən yerlərdə balıq ehtiyatlarının ovlanması;

ölçüləri bu Qaydalarla icazə verilən ov alətlərinin ölçülərinə uyğun gəlməyən ov alətlərinin tətbiq edilməsi;

  sürütmə torlardan (volokuşa) istifadə edilməsi;

  dənizə, su anbarlarına və göllərə axan çayların mənsəbində 500 metrlik radiusda balıqların ovlanması;

  nərə cinsli balıq növlərinin açıq dənizdə sənaye məqsədləri ilə ovlanması;

 Kür çayında törədici qızılbalıqların ovu istisna olmaqla, çayın üçdə iki hissəsinin ov alətləri və balıq ovu üçün ixtisaslaşdırılmış digər  qurğularla əhatə edilməsi, həmçinin hər iki sahildən eyni vaxtda nevodların atılması;

  uzunluğu 18-25 metrdən artıq olan qurma torlarla balıq ovu;

  iqlimləşdirmə məqsədi ilə su hövzəsində köçürülmüş balıqların (kefaldan başqa) xüsusi icazə olmadan ovlanması;

  parazitlər və infeksiya nəticəsində xəstələnmiş balıqlar müşahidə olunan su hövzələrində ov alətlərinin əvvəlcədən dezinfeksiya  olunmadan digər hövzələrə köçürülməsi;

bu Qaydalara əsasən müəyyən edilmiş ərazidə və müddətdə tətbiqi qadağan edilən ov alətləri ilə partlayıcı və zəhərləyici maddələrlə  (Dövlət Balıq Mühafizə Xidmətinin razılığı ilə bu maddələrin tətbiq edildiyi işlər istisna olmaqla) su obyektlərində və onun yaxınlığında  olmaq;

xüsusi sərəncam olmadan yeni təşkil edilmiş sututarlarda və su anbarlarında balıq ovu;

çayların məcrasında balıqların qışlama yerlərinə kimi 1 km məsafədə vətəgələrin açılması, bəndlərin salınması, üzən nəqliyyatın olması,  habelə çayın məcrası və qolları nəzərə alınmaqla vətəgələrin arasında məsafənin 1 km-dən az olması, həmçinin qarşı-qarşıya duran yeni  vətəgələrin yaradılması;

dayanan torların və nevodların, habelə tələ quruluşlu digər ov alətlərinin şahmat qaydası üzrə qurulması, həmçinin nevodların  arasında və onların ətrafında 1 km məsafədən yaxında hər hansı digər ov alətləri ilə ov edilməsi;

  qazanların sayından asılı olmayaraq, nevodun ümumi uzunluğunun 1 km-dən çox, onların arasındakı məsafənin isə 1 km-dən az  olması;

  partlayıcı və zəhərləyici maddələrin, qarmaq və kustar üsulu ilə düzəldilmiş iti uclu digər alətlərin, odlu və pnevmatik silahların,  həmçinin elektrik cərəyanının tətbiq edilməsi ilə balıq ovu (sənaye məqsədləri ilə kilkə ovunda istifadə edilən elektrik lampaları istisna olmaqla);

  qovub tutma, qarmaq batırma, tilovlama, ilişdirmə, ağacla vurma üsulları ilə balıqların ovlanması;

  kapron və kətan liflərdən hazırlanmış torlar istisna olmaqla, digər sintetik və mononit saplardan hazırlanmış torlarla balıq ovu.

 13. Axçalı balıqların vətəgə ölçüsü, ağzının bağlı vəziyyətində burnunun ucundan quyruq üzgəcinin orta şüalarının başlanğıcına qədər olan  məsafəni ölçməklə, nərə cinsli balıqların vətəgə ölçüsü isə onun burnunun ucundan quyruq üzgəcinin ən dərin çuxuruna qədər olan  məsafənin ölçülməsi yolu ilə təyin edilir.

 14. Ov alətlərinə düşmüş vətəgə ölçülərinə uyğun gəlməyən balıqların bu Qaydalarda müəyyən edilmiş norma həddində ovlanması və  qəbuluna yol verilir. Venter, karava, atılan və dayanan nevod, habelə digər ov alətlərinə düşən vətəgə ölçülərinə çatmamış nərə cinsli balıq  növləri dərhal diri halda suya buraxılmalıdır. Vətəgə ölçülərinə çatmamış balıqların miqdarı təyin edilmiş normadan artıq olarsa, həmin  yerdə ov dayandırılır və ya gözünün ölçüləri böyük olan digər ov alətləri ilə əvəz edilir.

 15. Bu Qaydalarda nəzərdə tutulan ölçülərdən kiçik, habelə icazə verilməmiş ölçüləri olan ov alətləri ilə balıq ovu qadağandır. Ov alətlərində  torun gözünün ölçüləri hörmə üzrə 11 düyünün arasındakı məsafənin ölçülüb həmin rəqəmin 10-a bölünməsi yolu ilə təyin edilir. Kətan  iplikdən hazırlanmış yaş halda ov alətlərinin gözləri ölçülərkən müəyyən edilmiş ölçülərin 5 faiz azaldılmasına yol verilir.

Bu qaydaların heç birinə əməl edilmir desək kim inanar? Amma inanın ki, belədir və bu qaydaların kökündən və tamlığı ilə pozulduğunu tək-tək isbatlamaq mümkündür. Elə isə, Muxtar Babayevlə keçmiş naziri hansı üstünlüklər fərqləndirir? Odur ki, yazının əvvəlindəki fikirə qayıtmaq istəyirəm. Muxtar Babayev də köhnə problemləri  həll edə bilməyib.

Yaxın günlərdə, Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 12-ci – “Qadağandır” bəndini tək-tək araşdırmağa başlayacam.

P.S

Muxtar Babayevin diqqətinə bir faktı çatdırmaq istəyirəm ki, “qovub- tutma” balıq ovu əsasən Zığ, Hövsan, Turkan ərazisində yayılıb. Bu üsulla balıqlar əsl “soyqırıma” məruz qalır. Üstəlik bu üsul balıqların yerdəyişməsi, kor, kar olması ilə nəticələnir. Həmçinin bu ovlama üsulu zamanı motorun səsi balıqların kütləvi qaçışı ilə müşahidə olunur. Həmçinin qovulma nəticəsində balıqlar yerlərini dəyişir. Hansı ki, bu balıqlar sahilə kürü tökmək üçün gəlib. Nəticə də göz qabağındadır.  Sizin işçiləriniz isə bu balıq soyqırımına göz yumur.

P.S.S

Nərimanov rayonundakı Nərimanov parkının düz ortasında fəaliyyət göstərən kababxananın tüstüsünü nazirliyin heç bir əməkdaşı görməyib? Deyirdiz ki, restoranlarda xüsusi avadanlıqlar quraşdırmalıdır ki, kababın tüstüsü şəhərə yayılmasın.

Bu parkın düz ortasındakı kababxananın hisini, iyini insanların, körpələrin, kasıbların, həmçinin şəhərimizi ziyarətə gələn turistlərin köynəyindən kim təmizləyəcək? Bura parkdır, yoxsa kababxana?

Suallar çox olduğu kimi, zamanımız da çoxdu. Mərhələli şəkildə göstərməkdə davam edəcəyik.

Bizimxeber.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin