Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ötən gün baş tutan parlament seçkilərinin ilkin nəticələrini açıqlalarkən, 118 dairənin liderlərinin adını çəkib.
MSK ümumilikdə seçki bülletenlərinin 87 faizinin sayıldığını bildirsə də, hələlik 7 dairənin nəticələrinin hazır olmadığını elan etdi.
Bundan öncə Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutunun keçirdiyi ekzit-pollun nəticələrinə görə isə həmin dairənin liderləri bunlar idi:
1. 17 saylı Yasamal üçüncü seçki dairəsi – Elnur Allahverdiyev (61,1%)
2. 35 saylı Xətai üçüncü seçki dairəsi – Rauf Arifoğlu (45,1%)
3. 42 saylı Sumqayıt ikinci seçki dairəsi – Tahir Mirkişili (52,3%)
4. 44 saylı Sumqayıt-Xızı seçki dairəsi – Müşfiq Məmmədli (50,9%)
5. 77 saylı Astara seçki dairəsi – Rəşad Mahmudov (65,5%)
6. 123 saylı Kəlbəcər seçki dairəsi – Aqil Məmmədov (62,3%)
7. 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi – İmamverdi İsmayılov (51%).
(Axar.az)