MŞ–nın müstəqil mediaya qarşı ənənəvi “hücum”ları – Və yaxudda ki, Xırdalanda Elburusun “Şərab Evi”nin “AMŞ” adlı qoruyucusu

0
154
Mətbuat Şurası adlı bir “QHT” hələ də müstəqil mediaya ənənəvi “hücum”lar  edir. Görünür MŞ hələ də, qış yuxusundan aylılmayıb. Ətrafında baş verənlərdən xəbərsizdir. Prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli olayından bir nəticə çıxartmaq istəmir.  Çıxartmış olsaydı hər halda müstəqil mediaya qarşı bir az nəzakətli davranardı. Cənab Prezidentin jurnalistləri özünə köməkçi, dost bəyan etdiyi bir vaxta, MŞı isə özünü açıq aşkar düşmən bəyan edir. Nədir, MŞ-da müstəqil mediaya bu qədər düşmənçilik ənənəsi, bu qədər kin-küdurət? Olmaya, onlarda “əli yolu”nun davamçılarıdırlar? Əgər belədirsə, bizə də “niyyətin hara, mənzilin ora” deməkdən başqa nəsə demək düşməz. Yeri gəlmişkən onu da qeyd etməliyəm ki, bu gün müstəqil medanın belə rəzil günə düşməsində Əli Həsənov qədər Əflatun Amaşovun da az “müstəsna” rolu, “xidmtləri” olmayıb. Əşi, nəysə. Allah Şeytana lənət eləsin. Məqsədimiz durub da köhnə palan içi tökmək deyil. Onsuzda hər kəs palanıda görür, palançını da.
Dəyərli izləyicilər, əvvəlcə bildirirəm ki, 05 dekabr 2019-cu il tarixində baş “RealMedia.az “ xəbər portalında “Xırdalandakı Elburusun “Şərab Evi”ndə işçilərin əməyi quldarcasına istismar olunur” sərlövhəli məqalə dərc edilmişdir. Qeyd edək ki, həmin məqalə Xırdalanda yerləşən “Şərab Evi”ndə işləyən işçilərin şikayəti əsasında hazırlanmışdır. Hansı ki, həmin işçilər bildirirdilər ki, işə düzələrkən onlara müddətli əmək müqaviləsinin bağlanılacağını bildirilsə də, lakin işəgötürən tərəf sonradan bu öhdəliyi yerinə yetirməmiş, əmək münasibətlərinin rəsmiləşdirməsini tələb edən işçiləri işdən qovublar.
Şikayətçilər iddia edirdilər ki, (hələ də edirlər)Elburus Nəbiyevin müəssisəsində onların əməyi quldarcasına istismar olunur. Hansı ki, işçilər 8 saat işləməli olduqları halda, 12 saat çalışmağa məcbur edilirlər. İşə qəbul olunanlar uzun müddətli götürülmür. Heç biri ilə də rəsmi əmək müqaviləsi bağlanılmır. Əksəriyyəti günəmuzd işçilərdir.
Burda baş qanunsuzluqlarla üzləşən vətəndaşlar redaksiyamıza bildirirdilər ki, “Şərab Evi”nə işçı tələb olunduğunu öyrəniblər və işləmək üçün sexə getməli olublar. Müəssisədən onlara bildiriblər ki, sexin cəmi 1 aylıq (qarşıdan gələn Yeni İl bayramı ilə bağlı) işçiyə ehtiyacları var. Dəvət olunan işçilər yalnız 1 ay müddətinə işə götürülürlər, aylıq əmək haqları 500 (beş yüz) manat, iş gününün uzunluğu 12 saat, iş həftəsi isə 5 gündür. Ancaq işçinin işə götürülməsi heç bir müqavilə ilə təsdiqlənmir. Həmçinin, o da bildirilirdi ki, onlar bir aylıq iş adıyla götürdükləri işçiləri gecə – gündüz işlədirlər. Və işçiləri qul kimi istismar edirlər.
Məhz həmin məqalə saytımızda dərc edildikdən bir neçə gün sonra bir nəfər redaksiyamıza zəng edərə özünün adıçəkilən “Şərab evi” nin nümayəndəsi (hüquqşünası) kimi təqdim edərək yazıyla bağlı bəzi fikirlərini bildirdi. Təbii ki, onunla bir xeyli danışdıqdan sonra təklif etdik ki, qarşı tərəf kimi mövqelərini dərc etməyə hazırıq. Və xahiş etdik ki, mövqelərini yazılı formadan saytımızın elektron poçt ünvanına göndərsin. Hətta mən ona bildirdim ki, əgər yazının həqiqəti əks etdirmədiyini deyirsinizsə, redaksiyamızı məhkəməyə verə və yazıda qeyd olunan məlumatların həqiqətəndə yalan olduğunu isbatlayacaq dəlilləri məhkəməyə təqdim edə bilərsiniz. Qarşı tərəf isə buna ehtiyac olmadığını və təhkidlə mənimlə görüşüb məsələni masa arxasında, ikilikdə həll etməyi təklif etdi. Əlbəttə ki, mən onunla görüşmədim. Artıq mən anladım ki, onların əsas məqsədi yazıya münasibət bildirmək deyil, saytdan sildirməkdir.
Bu günləri isə Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev mənə zəng edərək bildirir ki, “Xırdalandakı Elburusun “Şərab Evi”ndə işçilərin əməyi quldarcasına istismar olunur” sərlövhəli məqalənizə görə qarşı tərəf  Mətbuat Şurasına şikayətdə bulunub. Çox maraqlıdır! Niyə məhkəməyə yox, məhz Mətbuat Şurasına? Bəyəm, MŞ məhkəmə filandır? Yoxsa, hansısa hüquqi statusa malik bir qrumdur? Doğrudanda, qarşı tərəf mövqeyində haqlı olduqlarına əmindrlərsə, bu məsələni niyə məhkəmə müstəvisində mübahisələndirməkdən çəkinirlər? Biz bundan çəkinmirik və mövqeyimizdə haqlı olduğumuza da əminik. Ona görə də məsələnin qanuni yolla, hüquq müstəvisində həll olmasının tərəfindəyik. Əlbəttə ki, qarşı tərəfdə öz mövqlərində haqlı olduqlarına əmindirlərsə, buyursunlar, onlara məhkəmədə məni cəzalandırmaq şansını verirəm. Versinlər məhkəməyə.  Axı MŞ-sı kiminsə haqqını qoruyan, eləcə də bəraətverici qurum deyil. Həqiqətəndə, MŞ-nın belə bir hüquqi statusu və ya hansısa səlahiyyəti olmuş olsaydı, inanın ki məmnuniyyətlə redaksiyamıza daxil olmuş və yazıları isbatlayacaq bütün sübutedici faktları onlara təqdim edərdik.Hətta şikayətçilərə qədər onları MŞ-ya təşrif buyurarıq. Deyilsə də, nəyə görə onlara hesabat verməliyik ki? Onsuzda bu günə qədər mənim işim MŞ-yla düz gəlməyib. Dəfələrlə olub ki, MŞ-nın “fəaliyyəti” ilə bağlı Prezident İlham Əliyevə müraciətlər etmişəm. Bir dəfə yox, iki dəfə yox, hətta bir neçə dəfə. Lazım gəlsə indi də edəcəm.
Sizcə, Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev mənə zəng edib nə desə yaxşıdır? “Siz nəylə müəyyən elədiniz ki, Xırdalan arağ sexində işçilərin əməyi istismar olunur və yaxudda onlarla əmək müqavilələri bağlanmayıb, siz Əmək Müfəttişisinizmi, yoxsa Prokurolruqsunuzmu ki, bunu araşdırısınız?” Təsəvvür edin, bu da mənim “MŞ”ım. Özü də deyir ki, mən üzun müddət polis orqanlarında işləmişəm, özü də hüquqünas olduğunu deyir. İndi mən bu hüquqşünasa nə deyim?
Mən o adamı zorla başa sala bildim ki, bu sözləri əmək hüquqları pozulmuş şəxsləri özlər bildirir ki, onlar quldarcasına işlədilib və onlarla əmək müqaviləsi bağlanılmayıb. Bir sözlə, yenə də MŞ öz ampulasındadır.
Xırdalanda “Elburusun Şərab Evi” yazısıyla bağlı Mətbuat Şurasına etdiyi şikayətinin heç bir hüquqi izahı və əsası yoxdur. Ola da bilməz. Bu yazıları nöqtə və vergülünə qədər məhkəmə qarşısında isbatlamağa kifayət qədər həm hüquqi savadımız, həm də sübutedici faktlarımız var. Qarşı tərəf də bunu yaxşı bilir. Məhz elə bunları bildiyindən də, yazını məhkəmə masası üzrəinə çıxartmır. Çünki onlar özləri də yaxşı anlayırlar ki, hansı işçilərin əməyini istismar edib, onları quldarcasına işlədiblər. Onlar bilirlər ki, bu məsələnin məhkəmə müstəvisinə çıxarsalar özləri qanunla məsuliyyətə cəlb olunacaqlar. Hər birimiz bilirik ki, işə götürənlə işçi arasında əmək münasibətlərini tənzimləyən əmək müqaviləsi olmalıdır. Bu qanunvericiliyin tələbidir.  Bu tələbi pozan müəssisə rəhbəri bir başa qanun qarşısında cavabdehlik və məsuliyyət daşıyır. Bu üzündən də “Elburusun Şərab Evi”  həmin məqaləni məhkəmə müstəvisində mübahisələndirməkdən ehtiyat edir. Onlar yaxşı anlayırlar ki, bu proses baş tutacağı halda həmin işçilər özləri məhkəmədə iştirak edəcək və dindiriləcək. Bu isə onların qarşısında böyük bir sorum yaradacaq. Onların istəyi yalnız odur ki, MŞ vasitəsi ilə saytımız barəsində qərar çıxartdırmaqla yanaşı, həm də qanunsuz əməllərinə “bəraət” qazandıralar.
Hesab edirəm ki, MŞ, bu məsələdə daha obyektiv olacaq və yazıda qeyd olunan faktların araşdırılmasının MŞ-nın səlahiyyətinə aid olmadığını və bunun məhkəmə səlahiyyətinə aid olduğunu izah edərək məhkəməyə verməyi tövsiyə edəcəkdir.
RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin