“MŞ -ı tərəfindən atılmış yalnış bir addım…” – Əntiqə Rəşid yazır

0
415
Hörmətli Əflatun Amaşov və Mətbuat Şurasının xətrini istədiyim, hörmət bəslədiyim üzvləri!
Bu gün sizin tərəfinizdən atılmış (mənə görə yanlış)bir addımı nəzərinizə çatdırmağı özümə bir jurnalist olaraq borc bilirəm. 29.11.2019-cu il tarixində “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılov tərəfdən hec bir tutarlı fakt olmadan işdən cıxarılmağımla bağlı yığıncaq kecirildi. Yığıncağa baş redaktor Ç.İsmayılovdan əlavə onun müavini Salman Alıoğlu, korrektor Zəkurə Quliyeva, dizayner Samir Məmmədov gəlmişdilər və mənimtələbim üzrə yığıncaqda baş redaktordan başqa kimsə girmədi. qapının ağzında gözlədilər. Qarşılıqlı ittihamlar əsasında keçən yığıncaqda C.İsmayılovun yığıncaq üzvlərinə qarşı etikadan kənar müraciət və hərəkətləri, xüsusən yığıncağa sədr təyin olunmuş Müşfiq Ələsgərliyə qarşı hörmətsiz davranışları., ədəbsiz çıxışı yığıncağın digər üzvlərinin də hiddətinə səbəb oldu. Baş redaktorun səsini yüksəltməsi və qapıda gözləyən işcilərininə işarə oldu.Onlar yığıncaq kecirilən otağa hücumetdilər, iclas yarıda kəsildi, bir-birinə aman vermədən qaraqışqırıq salaraq baş redaktoru müdafiə etməyə başlaması yığıncağın qərarsız yekunlaşmasına səbəb oldu. Sandım ki, bu yığıncaq MŞ-nın üzvərinə “Qarabağ” qəzetinin baş redaktorunun səviyyəsini və savadını aydın şəkildə göstərdi. Qəzet kimi mühüm strateji bir obyektin başında belə adamın 30 il dayanması çoxunuzda çaş-başlıq yaratdı.
2-ci məsələ- “Qarabağ” adlı bir qəzet Azərbaycan dövlətinin və xalqının erməni böhtanları, erməni işğalları, erməni separatizmi ilə qarşı-qarşıya olduğu bir dövrdə ayda 2 dəfə 8 səhifə 500( saxtakarcasına qəzetin arxasına 1500) tirajla çıcması, nə satışdda, nə abunədə olmaması sizlərə nə deyir. Qarabağ adına hörmət və ehtiram ifadəsi olaraq Gimnastika Federasiyası bu qəzetin gündəlik cıxması, yayınlanması, saytının qurulması ücün düz 16 ildir, hər ay kifayət qədər maliyyə ayırır. Ç. İsmayılov o pulları hara xərcləyir ki, qəzet ayda 2 dəfə 8 səhifədə (yəni 4 vərəq-A3 formatında) işıq üzü görür? Hanı sayt?Hanı ermənilərə zərbə kimi dəyən yazılar? hanı ermənilərin informasiya müharibəsinə tutarlı faktlar ortaya qoyan “Qarabağ” qəzetinin saytı? Niyə bir elə maliyyənin qarşılığında o qəzetdə Nazim və Hikmət Sabir oğullarının imzası, Sultan Laçının imzası, Fəxrəddin Hacıbəylinin, Elxan Salahov adını çəkə bilmədiyimQarabağ həsrəti ilə yanan alışan ali təhsilli -peşəkar jurnalistlər? Hanı..?
Məlumunuz olsun ki, hazırda respublikada “Qarabağ”adlı yeganə qəzet, məktəb divar qəzetindən seçilmir. Mən orda olduğum 15 ildə belə davam edib və heç bir inkişafa imza atmayıb.
Və nəhayət!”Qarabağ” qəzetinin 30 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Mətbuat Şurasında qəzetin kollektivi ilə görüş keçirilib, qəzetə Diplom təqdim olunub. (
02.07.2020- 525-ci qəzet)
Hörmətli Mətbuat Şurası, siz doğrudanmı bu qəzetin fəaliyyətini izlədinizmi? nə vaxtsa onun bir nüsxəsini əlinizə aldınızmı? Əminəm elə biradda qəzet sizin stolunuzun üstündə ancaq Diplom verilən günü olub!Əlbəttə satışı olmayan , abunəsi yox dərəcəsində olan qəzetin sizin əlinizə gəlib çatmasıda doğru olmazdı.
Sonda hazırda bu qəzet sayt olaraq erməni mətbuatı ilə informasiya döyüşünə çıxması ilə seçilməliydi, nəinki, baş redaktorun “fəxrlə” dediyi kimi:Uzun illərdir ki, “Qarabağ” qəzeti Azərbaycan ordusuna və məcburi köçkünlərə təmənnasız olaraq paylanır” Niyə?bu cümlənin də niyəsini hələ anlamış deyiləm!
HörmətliMətbuat Şurası, mövqeyinizə hörmətlə yanaşıram.təbii bu sizin biləcəyiniz bir iş! Amma həqiqətən çox təəssüf edirəm..çox! Hətta həqiqətin varlığına, gerçəkliyin oluşuna da məndə böyük şübhələr yaranmağa başlayıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin