Mövlam Şıxəliyevin işçisi xarici ölkələrin casuslarını ittiham etdi

0
478

Məhkəmədə yenə ilginc ifadələr səsləndi

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

İş üzrə sədrlik edən hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrinin açıq məhkəmə prosesində iştirakına imkan vermir. Zərərçəkənlərin etirazlarına, vəsatətlərinə baxmayaraq mətbuat nümayəndələri məhkəmə prosesinə buraxılmır. Məhkəmənin davam etdiyi 9 aya yaxın müddətdə, zərərçəkən tərəfin ümumiyyətlə heç bir vəsatəti təmin olunmayıb. Hakim məhkəməni tez-tələsik yekunlaşdırmağa çalışır.

Zərərçəkənlər məhkəmənin ilk günündən iş üzrə təqsirləndirilən şəxslərin hər birinin məhkəmə dövründə həbsini tələb edirlər. Deyirlər ki, yalnız Mövlam Şıxəliyevin həbsdə qalması ümumilikdə məhkəmə istintaqının obyektivliyinə xələl gətirir. Bildirirlər ki, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov da rəisləri olmuş Mövlam Şıxəliyev kimi ağır cinayətlərdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər günahlarını boyunlarına almırlar, cinayətlərini etiraf etmirlər. Dəymiş maddi ziyanı ödəməkdən yayınırlar. Hətta məhkəmə binası önündə zərərçəkənlərə hədə-qorxu gəlməkdən belə çəkinmirlər. Bununla belə, başqa yerə getməmək haqda iltizam verməklə canlarını həbsdən kənar tutmağı bacarıblar.

movlam.jpg (101 KB)

Yasin Məmmədovun şahidləri…

İyunun 14-də keçirilən məhkəmə prosesi Yasin Məmmədovun qardaşı İlqar Məmmədovun şahid qismində sərbəst ifadəsi ilə davam etdirilib.  Ardından təqsirləndirilənin əmisi oğlu İlham Akif oğlu Məmmədov da şahid qismində ifadə verib. Şahid deyib ki, Yasin Məmmədovun adına olan əmlakları vaxtilə onlar alıblar. Sadəcə, Yasin Məmmədovun adına rəmiləşdiriblər. Üzərinə həbs qoyulan əmlakların Yasin Məmmədovun özünə məxsus olmaması inandırıcı deyil.

Dövlət ittihamçısı isə deyib ki, Yasin Məmmədovun çox böyük obyektləri, evləri var. Vaxtilə həmin evlər, obyektlər Yasin Məmmədovun sərəncamına keçsə də, o, həmin əmlakları öz adına rəsmiləşdirməyib. Yaxın qohumlarının adlarına rəsmiləşdirib. Belə bir halda üzərinə həbs qoyulan əmlakların Yasin Məmmədovun özünə məxsus olmaması inandırıcı deyil.

vusal.jpg (84 KB)

Mövlam Şıxəliyevlə onun müavini olmuş Təhsin Ağayevin qurduğu torlar…

Təqsirləndirilən Yasin Məmmədov çıxışında əksini sübut etməyə çalışıb, zərərçəkənlər İbrahim Zeynalovdan 8 milyon manat alınmasını, Əfsəl Həsənəliyevdən, Sərdar İsmayılov və digər şəxslərdən pul almasını danıb.

Özünü peşəkar adlandıran Yasin Məmmədov Mövlam Şıxəliyevlə düşmənçiliyinin, ədavətinin olduğunu diqqətə çatdırıb. Bildirib ki, istintaqa cəlb edilməsi Mövlam Şıxəliyevlə onun müavini olmuş Təhsin Ağayevin qurduğu torlar əsasında baş verib. O, üzünü Mövlam Şıxəliyevə tutaraq “sən mənim düşmənimsən, adam belə kişilik eləməz” deyib.

Mövlam Şıxəliyev “Çobanbulağı”ndan danışdı

Mövlam Şıxəliyev Yasin Məmmədovun sözlərinə əhəmiyyət verməyib. O, əmlakları ilə bağlı çıxış edib. İddia edib ki, 1996-cı ildən “Stil” mebel mağazaları şəbəkəsi olub. Həmin şəbəkənin 70 faizi özünə, 30 faizi isə qohumuna məxsusdur. Mövlam Şıxəliyevin sözlərinə görə, həmin şəbəkədən ayda 30 min manat gəlir əldə edib. Ümumilikdə şəbəkədən 5 milyon qazanıb və adına olan əmlakları alıb. Mövlam Şıxəliyev Xaçmaz rayonunda yerləşən, yarısı ona məxsus olan “Çobanbulaq” İstirahət Mərkəzinin üzərinə həbs qoyulmamasının səbəbini də açıqlayıb. Deyib ki, istirahət mərkəzinin üzərinə həbs qoyulmaması yüksək vəzifəli məmurlardan birinin marağı çərçivəsində baş tutub.

e13efa8c-82fe-40a9-8e9a-018d2b739129.jpg (139 KB)

“Texnikabank” sahibinin 5 mərtəbəli villası Baş Prokurorluğun yüksək vəzifəlisinə verilib!

 166  15.06.2022 08:40  Ölkə A  A 

Məhkəmədən söz istəyən təqsirləndirilən Vüsal Ələkbərov isə çıxışına bir qədər qəzəbli tonlarla başlayıb. “Texnikabank” rəhbəri Etibar Əliyevə məxsus olan, Bakının “milyonçular məhəlləsində” yerləşən 5 mərtəbəli mülkün Baş Prokurorluğun yüksək vəzifəli məmuruna hədiyyə şəklində verildiyini açıqlayıb. Həmin vəzifəli şəxsin adını çəkməyən təqsirləndirilən şəxs bildirib ki, son sözündə həmin şəxsin adını açıqlayacaq. Vüsal Ələkbərov həmin mülkün bu gün də Baş Prokurorluğun rəhbər şəxsinin sərəncamında olduğunu xüsusi olaraq vurğulayıb.

Hakim Elbəy Allahverdiyev üzünü təqsirləndirilən şəxsə tutaraq iddia etdiyi şəxsin adını çəkməsini istəyib. Vüsal Ələkbərov həmin şəxsin adını açıqlamaqdan yayınıb. Bildirib ki, bu məsələ prokurorluğun ona münasibətindən asılıdır. Zərərçəkənlər isə Vüsal Ələkbərovun prokurorluğu açıq şəkildə hədəfə alması və şantaj etdiyini bildiriblər.

“İlk həbsim dünya casus şəbəkəsinin – ABŞ, İngiltərə, Rusiya casuslarının marağına uyğun gerçəkləşib!”

Vüsal Ələkbərovun çıxışının sonrakı hissəsi zalda olanların gülüşünə səbəb olub. O deyib ki, ilk həbsi və hazırda istintaqa cəlb olunması dünya casus şəbəkəsinin – ABŞ, İngiltərə, İran və Rusiya casuslarının marağına uyğun gerçəkləşib. Onların bu istiqamətdə aparılan işləri gözə çapmır və sübut etmək mümkün deyil. İddia edib ki, bu gün də həmin şəbəkə ondan əl çəkmir.

“Sahib Ələkbərov ağzına gələni danışacaq, mən də dayanıb qulaq asmalıyam?”

Bundan sonra zərərçəkən Qulam Bağırov söz istəyib. Üzürlü səbəblərə görə ötən 2 prosesdə iştirak edə bilmədiyini vurğulayıb. Deyib ki, iştirak etmədiyi proseslərdə Sahib Ələkbərov onun barəsində  şər-böhtan danışıb, özünü bu yolla təmizə çıxarmağa çalışıb: “Sahib Ələkbərov mənim məhkəmə prosesində iştirak etməməyimdən istifadə edərək ünvanıma yalan, böhtan və təhqiredici ifadələr işlədib, deyib ki,  Qulam xəstədir, əqli problemləri var. Sahib Ələkbərov ağzına gələni danışacaq, mən də dayanıb qulaq asmalıyam? Mən 1995-ci ildə testlə İqtisadiyyat Universitetinin İdarəetmə fakültəsinə, əyani bölməsinə qəbul olmuşam. Dövlət hesabına, pulsuz təhsil almışam. 1999-cu ildə bakalavr dərəcəsini fərqlənmə ilə bitirmişəm. Həmin ildə Macarıstanda Mərkəzi Avropa Universitetinin Biznesin İdarə olunması fakültəsinin magistraturasına qəbul olmuşam. 2001-ci ildə magistr dərəcəsini mənimsəmişəm və həmin il həqiqi hərbi xidmətə getmişəm. Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət etmiş, xidmət dövründə mükafatlandırılmışam.

Burada suallar yaranır: Əqli xəstə kimdir? İnsanlara hədə-qorxu gələrək pul tələb edənlər və pul verilməyəndə Baş Prokurorluqla əlbir olub saxta ittiham uydurub girov götürənlər? Girov götürülənin yeganə mənzilini satdırıb pulunu alanlar? Girov götürülən Qulam Bağırovu aidiyyəti olmayan cinayət işinə birləşdirilib, sonra da məhkəməyə göndərənlər? İndi cavab verin, kimdir ağıldan kəm?

sahib.jpg (30 KB)

Hörmətli kollegiya üzvləri! Sahib Ələkbərov məni girov götürüb, evimi satdırıb. Üstəlik, ailəmi məcbur edib ki, evin pulundan əlavə çoxlu borclara girib 135 min dollar yığıb düzəltsinlər. Bu pulu Sahib Ələkbərov ailəmdən alıb. Bundan sonra Məhkəmə Tibbi Ekspertizadan adıma saxta tibbi rəy yazdırmaqla girovluqdan azad edib.

Yəni mən xəstə deyiləm, işimlə əlaqədar keçdiyim tibbi müayinələrin cavablarını da təqdim etməyə hazıram. Burada yalandan deyir ki, guya başımda şiş var. Halbuki belə bir şey yoxdur. Saxta ekspert rəyini yazdıran Sahib Ələkbərovdur. İndi də həmin saxta rəyə istinad edib məni xəstə elan edir. Xəstə onun özüdür. Çox maraqlıdır, görəsən, kimin başında şiş var?

Zərərçəkmişlərin hamısı, demək olar ki, eyni ağır xəstəlik diaqnozu qoyulmaqla azad ediliblər. Bunların yalan ifadələri biz zərərçəkmişlərdə ikrah və nifrət hissi yaradır! Mən məhkəmənin gedişinə etiraz edirəm, mən məhkəmə prosesində olmadığım halda ünvanıma səsləndirilən təhqirlərə reaksiya vermədiyinizə etiraz edirəm. Baş verən hadisələrin səbəbini isə 2 vəsatətimin təmin edilməməsində görürəm. Məhkəmənin əvvəlində vəsatət qaldırdıq ki, Sahib Ələkbərov da həbs olunsun. Çünki onun cinayətləri Mövlam Şıxəliyev cinayətlərindən az deyil. Siz neylədiniz? Vəsatət baxılmamış saxlanıldı. Əgər Sahib Ələkbərov həbs edilsəydi, belə gic-gic danışmazdı, keçmiş rəisi kimi başını aşağı salıb “kletka”nin bir küncündə sakit oturardı. Burada cinayətlərinə haqq qazandırmaq üçün bizi şərləməkdə davam etməzdi”.

Hakim zərərçəkəndən əyləşməsini istəyib.

Bundan sonra zərərçəkən Sərdar İsmayılov bildirib ki, o da xəstə olmadığı halda barəsində saxta rəy verilib, həmin rəydə xəstə olması göstərilib. Zərərçəkən bu əməlin Yasin Məmmədov tərəfindən həyata keçirildiyini vurğulayıb.

Ardından isə zərərçəkən Əfsəl Həsənəliyev də Yasin Məmmədovu saxtakarlıqda ittiham edib. Bildirib ki, onun barəsində də xəstə olmasına dair saxta həkim rəyi alıb.

Yasin Məmmədov keçmiş iş yoldaşları olan müstəntiqlərin,  Nadir Mustafayevin və digərlərinin dindirilməsinə dair vəsatətlə çıxış edib. O, vəsatətini belə əsaslandırmağa çalışıb ki, zərərçəkənlər onların yanında pul tələb etməsini və almasını deyirlər. Hakim vəsatəti baxılmamış saxlayıb.

Bundan sonra proses iyunun 20-nə qədər təxirə salınıb.

E.MƏMMƏDƏLİYEV

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin